Yas mərasimlərində musiqi: "Bu adət ermənilərdən keçib" - İlahiyyatçı

Yas mərasimlərində musiqi: "Bu adət ermənilərdən keçib" - İlahiyyatçı
15.12.2025 16:07 Cəmiyyət

Son dövrlər bəzi bölgələrdə yas mərasimlərində, xüsusilə də cənazə dəfnində musiqi və ya vağzalı sədaları altında mərhumun son mənzilə yola salınması halları müşahidə olunur. Bu kimi addımlar cəmiyyətdə müzakirələrə səbəb olub.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan ilahiyyatçı Tural İrfan bildirib ki, yasda və dəfn mərasimində musiqi ifası İslam dinində mövcud deyil və bu, dini ənənələrə ziddir. 


Onun sözlərinə görə, xüsusilə gənc yaşda vəfat edən şəxslərin musiqi ansamblı ilə dəfn edilməsi düzgün yanaşma deyil:

"Yasda musiqi ifa etmək İslam dinində yoxdur. Bəzən cavan adam vəfat edəndə ansambl gətirib meyiti musiqi sədaları altında yola salırlar. Bu adət ermənilərdən keçib. Çünki onlarda ölünü musiqi ilə dəfn etmək qaydası var. Sovet dövründə "beynəlmiləlçilik" adı altında bu kimi adətlər xalqımıza da sirayət edib. Heç bir müsəlman ölkəsində belə bir ənənə yoxdur".

İlahiyyatçı əlavə edib ki, yas mərasimlərində müşahidə olunan bəzi digər təmtəraqlı elementlər də İslam dəyərlərinə uyğun gəlmir:

"Bahalı, şəkilli qəbir daşları da bizdəki təmtəraqda heç bir müsəlman ölkəsində yoxdur. Hətta milyardlarla pulu olan ərəb şeyxlərinin belə məzarında daş olmur. Sanki harda əcaib və qondarma adət varsa, gəlib ölkəmizdə yayılıb".

Ekspert vurğulayıb ki, yasda musiqi və toy havalarının ifa edilməsi Peyğəmbər sünnəsinə ziddir:

"Həzrət Məhəmməd Peyğəmbər nə özü, nə də yaxınları vəfat edərkən belə işlərə yol verilməyib. İslamda Peyğəmbərin həyat tərzi örnək götürülür. Odur ki, yasda və dəfndə musiqi ifası dini ənənələrə müxalifdir. Bu cür halların qarşısının alınmasında din xadimləri və el ağsaqqalları daha fəal olmalıdır. Burada əsas məsuliyyət din xadimlərinin və el ağsaqqalların üzərinə düşür. Gərək belə hallarda ailələr düzgün maarifləndirilsin. Əks halda bu, ənənəyə çevrilə bilər və dinin, milli dəyərlərin şəninə xələl gələr".

Tural İrfan qeyd edib ki, yas və dəfn mərasimlərində əsas yer Quran tilavətinə və duaya verilməlidir:

"Yas məclislərində Allah kəlamı oxunmalıdır. Quran qiraətinin özündə böyük təsəlli var. Allah buyurur ki, qəlblər yalnız Allahı xatırlamaqla aram tapar. Təsəlli və səbr üçün musiqiyə deyil, Qurana yer verilməlidir. Bəzən gənc şəxsin vəfatı ailəni emosional vəziyyətə sala bilər, lakin yaxınların və ağıllı insanların vəzifəsi düzgün istiqamət verməkdir. Dəfn və yas zamanı ölüm ibrət olaraq xatırlanmalı, mərhumun ruhuna dualar edilməli, xoş sözlər deyilməli və insanların ibrət alması üçün Quran oxunub izah olunmalıdır. Orkestrə, musiqi ansamblına isə heç bir lüzum yoxdur".

O sonda bildirib ki, yas mərasimləri təmtəraq deyil, təmkin, səbr və dua üzərində qurulmalıdır.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 All News