Yağışlar cibimizi "yuyacaq": Hansı məhsullar bahalaşacaq?

Yağışlar cibimizi "yuyacaq": Hansı məhsullar bahalaşacaq?
02.04.2026 15:51 Cəmiyyət

Azərbaycanda ardıcıl və güclü yağışların təsiri nəticəsində bəzi məhsulların qiymətlərində artım müşahidə oluna bilər.

Bəs hansı məhsullar bahalaşa bilər? 

Mövzu ilə bağlı TodayPress TV-yə danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, ardıcıl və güclü yağışlar Azərbaycanda xüsusilə taxıl, tərəvəz və bəzi meyvə məhsullarına təsir edə bilər. 


Onun sözlərinə görə, qarğıdalı, buğda, pomidor, kartof, soğan kimi sahələrdə suyun çoxluğu məhsulun keyfiyyətini aşağı sala və ya yığımda gecikmələrə səbəb ola bilər:

"Nəticədə, bazarda həmin məhsulların təklifində azalma yaranarsa, qiymətlərin artmaq ehtimalı yüksək olur. Bazar iqtisadiyyatı hava amillərindən müəyyən dərəcədə asılıdır, çünki kənd təsərrüfatı məhsullarının istehsalı təbii şərtlərlə bağlıdır". 

İqtisadçı əlavə edib ki, quraqlıq, dolu, güclü yağış və ya şaxta məhsulun həcminə və keyfiyyətinə birbaşa təsir göstərir:

"Ancaq digər faktorlar, məsələn, idxal, ehtiyat anbarları və logistika imkanları da qiymətlərin dəyişməsində rol oynayır. Buna görə hava amilləri təsirin bir hissəsini təşkil edir, amma tək başına qiymətləri müəyyən etmir", - deyə Akif Nəsirli qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 All News