Xətaidə yeni svetoforlar quraşdırıldı

Xətaidə yeni svetoforlar quraşdırıldı
27.02.2026 15:47 Cəmiyyət

Paytaxtın Xətai rayonu, Ramiz Quliyev küçəsi ilə Cavanşir küçəsinin kəsişməsində piyadaların və nəqliyyat vasitələrinin hərəkətini tənzimləmək məqsədilə yeni svetoforlar quraşdırılıb.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən TodayPress TV-yə məlumat verilib.

"Aparılan təhlillər göstərib ki, yolun mailli olması səbəbindən sürücülər piyadaları vaxtında görməkdə çətinlik çəkirdilər. Bu amil nəzərə alınaraq, piyadaların təhlükəsizliyinin təmin olunması məqsədilə Respublika Neyrocərrahiyyə Xəstəxanası, eləcə də ictimai iaşə və xidmət obyektlərinin yaxınlığında yerləşən, piyada intensivliyinin yüksək olduğu kəsişmədə 3 ədəd piyada svetoforu və üzərində piyada bölmələri olan üçlampalı nəqliyyat svetoforları (L və A tipli) quraşdırılaraq istifadəyə verilib. Yeni svetoforlar hərəkətin daha təhlükəsiz və nizamlı təşkilinə şərait yaradıb.DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxtda zəruri ərazilərdə yeni svetoforların quraşdırılması işləri davam etdirilir", - məlumatda qeyd olunub.

NEWS FEED
30 JULY 2026
"Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 UEFA Avropa Liqası: ÇSKA - "Qarabağ" oyunu başladı - CANLI 22:03 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 All News