Xaçmazda ADSEA geniş tərkibdə iclas keçirdi

Xaçmazda ADSEA geniş tərkibdə iclas keçirdi
13.12.2025 14:15 Cəmiyyət

Xaçmaz rayonunda Abşeron və Quba–Xaçmaz regionu üzrə Sudan İstifadəedənlər Birliklərinin (SİB) fəaliyyətinin təkmilləşdirilməsi, su resurslarından səmərəli istifadə edilməsi, kənd təsərrüfatında fermerlərə suyun tələbat əsasında verilməsi və suölçmə qurğularının quraşdırılması məsələlərinin müzakirəsinə həsr olunmuş geniş tərkibli iclas keçirilib.

Bu barədə TodayPress TV-yə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

Bildirilib ki, iclasda Kənd Təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavinləri İlham Bayramov və İlqar Gülməmmədov, Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Regional Su Meliorasiya Xidmətinin tabeliyində olan yerli istismar idarələrinin rəhbərləri, Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nümayəndələri və Sudan İstifadəedənlər Birliklərinin rəhbərləri iştirak ediblər.

Tədbirdə kənd təsərrüfatında suvarma proseslərinin optimallaşdırılması, suyun bölüşdürülməsinin ədalətli və şəffaf təşkili, dövlət qurumları və su istifadəçiləri arasında koordinasiyanın və məlumat mübadiləsinin gücləndirilməsi, su itkilərinin azaldılması və su resurslarından qənaətli istifadə məsələləri müzakirə olunub.

SİB-lərin cari fəaliyyəti, institusional inkişafı, maliyyə və idarəetmə mexanizmləri, mövcud çətinliklər, suvarma rejiminin tənzimlənməsi və aidiyyəti qurumlarla əməkdaşlığın gücləndirilməsi məsələləri geniş təhlil edilib. Bununla yanaşı, SİB-lərin gələcək inkişaf istiqamətləri, dövlət dəstəyi imkanları, müasir suvarma texnologiyalarının tətbiqi, su resurslarının qorunması və səmərəli idarəetmə ilə bağlı təqdimatlar edilib, onların balansında və istifadəsində olan suvarma kanallarının mövcud vəziyyəti barədə məlumatlar təqdim olunub.

İclasda suölçmə qurğularının quraşdırılmasının vacibliyi, tətbiq mexanizmləri, suyun uçotunun dəqiq aparılması və bu istiqamətdə icra ediləcək fəaliyyət planı müzakirə olunaraq təsdiqlənib. Həmçinin, qurğuların quraşdırılması prosesində SİB-lərin məsuliyyət və öhdəlikləri müəyyənləşdirilib.

Sonda iştirakçılar su idarəçiliyinin təkmilləşdirilməsi, mövcud problemlərin aradan qaldırılması və kənd təsərrüfatı məhsulları istehsalçılarına suyun çatdırılmasında regional səviyyədə fəaliyyətlərin daha da gücləndirilməsi istiqamətində qarşıdakı addımlarla bağlı razılığa gəliblər.

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 All News