Vüqar Oruc “İlin iqtisadçı-eksperti” mükafatına layiq görüldü

Vüqar Oruc “İlin iqtisadçı-eksperti” mükafatına layiq görüldü
29.01.2026 13:10 Cəmiyyət

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc "İlin iqtisadçı-eksperti" mükafatına layiq görülüb.

TodayPress TV xəbər verir ki, biznes Mərkəzinin təşkil etdiyi "İlin qala gecəsi"ndə mükafat rəsmi şəkildə Vüqar Oruca təqdim olunub.

Tədbirdə iqtisadiyyat, biznes və maliyyə sahəsində tanınmış nümayəndələr, ekspertlər və ictimaiyyət təmsilçiləri iştirak ediblər.

Qeyd edək ki, Vüqar Oruc uzun illərdir iqtisadiyyat və qiymətləndirmə sahəsində fəaliyyət göstərir. O, daşınmaz əmlakın qiymətləndirilməsi, investisiya mühiti, bazar təhlilləri və iqtisadi proseslərin şərhi üzrə ixtisaslaşmış mütəxəssisdir. Vüqar Oruc eyni zamanda Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidenti kimi sektorda peşəkar standartların formalaşdırılması, qiymətləndiricilərin bilik və bacarıqlarının artırılması istiqamətində mühüm işlər görür.

Onun rəhbərliyi dövründə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti beynəlxalq əlaqələrin genişləndirilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi və ictimai maarifləndirmə sahəsində fəal mövqe nümayiş etdirib. Vüqar Oruc mütəmadi olaraq mediada iqtisadi proseslərlə bağlı ekspert rəyləri ilə çıxış edir, aktual mövzulara dair analitik mövqeyi ilə tanınır.

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 All News