Uşaqlara qoyulan adlar dəyişir – Milli kimlik təhlükədədir

Uşaqlara qoyulan adlar dəyişir – Milli kimlik təhlükədədir
13.04.2026 17:48 Cəmiyyət

Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə “Gələcəyimizin adı: yeni doğulan uşaqlara qoyulan adlar və milli kimlik” mövzusunda dinləmə keçirilib.

Bildirilib ki, son vaxtlar uşaqlara verilən adların seçilməsi zamanı bəzi problemlər müşahidə olunur. Gənc valideynlər seriallardan, cizgi filmlərdən, oxuduqları xarici əsərlərdən və texnoloji yeniliklərdən təsirlənərək övladlarına ad seçirlər. Bəzən isə müxtəlif söz və hecaları birləşdirərək yeni adlar yaradırlar. Bu cür adlar Azərbaycan dilinin qaydalarına uyğun olmur və milli kimliyimizi əks etdirmir.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan Beynəlxalq “ALAŞ” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı bildirib ki, bütövlükdə bu mövzu kimlik məsələsinin mərkəzinə toxunur. 


Onun sözlərinə görə, ad – tarixin yaddaşı, mədəniyyətin kodu, millətin nəfəsi kimi qəbul edilə bilər:

"Mövcud mənzərəyə baxdıqda görürük ki, qloballaşma dalğası artıq təkcə iqtisadi və texnoloji sahələrlə məhdudlaşmır; o, insanın özünü adlandırmaq haqqına belə təsir etməyə başlayıb. Seriallar, cizgi filmlər və ümumən “populyar mədəniyyət” vasitəsilə yayılan adlara diqqət yetirdikdə, onların zahirdə fərdi seçim kimi görünsə də, dərin qatlarda mədəni istiqamət dəyişikliyinin əlaməti olduğu sualı yaranır".

Laureat xatırladıb ki, ad milli varlığın ən ilkin ifadəsidir. O, mənsubiyyət hissini daşıyır, insanın mənəvi “ruh xəritəsini” formalaşdırır:

"Azərbaycan və ümumilikdə Türk dünyasında adlar heç vaxt təsadüfi olmayıb. “Alp”, “Bilgə”, “Səlcuq”, “Oğuz” kimi adların hər biri tarixi yaddaşı, etik-estetik dəyərləri və mənəvi koordinatları özündə ehtiva edir. Bu adlar nəsillər arasında görünməz bir mədəni körpü rolunu oynayır. Bəs bu gün nə baş verir? Bəzən valideynlər ad seçərkən onun mənasını, kökünü, fonetik uyğunluğunu və kimlik yükünü bir kənara qoyaraq daha çox “trend”lərə üstünlük verirlər. Hətta dilimizin fonetik və morfoloji qaydalarına uyğun gəlməyən süni adlar meydana çıxır. Bu artıq təkcə estetik məsələ deyil – bu, dilin daxili harmoniyasına və milli yaddaşa müdaxilə kimi qiymətləndirilə bilər".

Ekspert əlavə edib ki, bu prosesi sərt qadağalarla həll etmək doğru yanaşma deyil:

"Ad qoymaq ailənin hüququdur. Lakin cəmiyyət olaraq bizim də maarifləndirici, yönləndirici və zövq formalaşdırıcı missiyamız var. Bu baxımdan üç əsas istiqamət ön plana çıxır: 

Birincisi – maarifçilik.

Valideynlər anlamalıdır ki, qoyulan ad yalnız fərdi seçim deyil, həm də mədəni məsuliyyətdir.

İkincisi – dilin qorunması.

Adlar Azərbaycan dilinin fonetik və semantik sisteminə uyğun olmalıdır. Dilə yad səslər və strukturlar zamanla kimlik aşınmasına gətirib çıxara bilər.

Üçüncüsü – mədəni cazibənin artırılması.

Milli adlarımız ədəbiyyatda, mediada, kinoda və ictimai diskursda daha çox təqdim olunmalıdır. Gənc valideynlər alternativ görmədikdə təbii olaraq başqa istiqamətlərə yönəlirlər".

Əkbər Qoşalı sonda qeyd edib ki, ad insanın ilk kimlik nişanıdır. O, pasportdan əvvəl, məktəbdən əvvəl, hətta bir çox rəsmi atributlardan da öncə gəlir. Əgər biz bu nişanı zəiflətsək, zamanla onun arxasında duran mədəni qatları da itirmək riski ilə üzləşərik:

"Cəmiyyətimiz isə bu məsələdə sağlam tarazlıq tapa biləcək gücə malikdir. Çünki bu xalqın yaddaşı dərin, dili zəngin, kimliyi isə möhkəmdir. Sadəcə, o yaddaşı unutmamaq, o dili qorumaq və o kimliyi yaşatmaq lazımdır. Məhz bu yanaşma ən doğru alternativdir – xüsusilə də Qalib Azərbaycanda", deyə o, fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 All News