Türkiyə və Gürcüstandan olan din xadimləri Azərbaycana səfər edəcək

Türkiyə və Gürcüstandan olan din xadimləri Azərbaycana səfər edəcək
29.05.2025 10:13 Cəmiyyət

Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyəti mayın 29-da Azərbaycana səfər edəcək. 

Bu barədə TodayPress TV-yə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, səfərin məqsədi xaricdə yaşayan azərbaycanlılarla dini-mənəvi əlaqələrin, birlik və həmrəylik bağlarının daha da gücləndirilməsidir. 

Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə həyata keçirilən səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan İlahiyyat İnstitutunda olacaq, Fəxri xiyaban, Şəhidlər xiyabanı, Zəfər parkı, Türk Şəhidliyi abidəsini ziyarət edəcək.

Nümayəndə heyəti Bakıda yerləşən ibadətgahların da fəaliyyəti ilə tanış olacaq. 

Bundan başqa, Türkiyə və Gürcüstandan olan din xadimlərinin işğaldan azad olunmuş ərazilərə səfəri də planlaşdırılır.

Nümayəndə heyətinin üzvləri Ağdam rayonunda yerləşən Cümə məscidi və Ağdam İmarət Kompleksini, Şuşanın Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı, Mamayı məscidlərini və digər tarixi abidələri ziyarət edəcəklər. 

30-dan çox azərbaycanlı din xadiminin iştirak edəcəyi səfər iyunun 2-dək davam edəcək.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 Bütün Xəbərlər