Turist Şahdağdan Qəbələyə getmək üçün xəritəyə baxdı və şoka düşdü

Turist Şahdağdan Qəbələyə getmək üçün xəritəyə baxdı və şoka düşdü
17.07.2026 15:05 Cəmiyyət

Şahdağ Turizm Kompleksindən Qəbələyə səfər etməyi planlaşdıran turist marşrutu araşdırarkən xəritədə gözləmədiyi mənzərə ilə qarşılaşıb.

TodayPress TV xəbər verir ki, onun sözlərinə görə, hər iki məşhur turizm mərkəzi arasında avtomobillər üçün birbaşa yolun olmaması onu təəccübləndirib.

Məlumata görə, Şahdağ Turizm Kompleksi (Qusar) ilə Qəbələ arasında birbaşa avtomobil yolu və ya magistral mövcud deyil. Bunun əsas səbəbi hər iki bölgənin Böyük Qafqaz dağ silsiləsinin fərqli yamaclarında yerləşməsi və coğrafi şəraitin birbaşa keçidə imkan verməməsidir.

Qəbələyə avtomobillə getmək istəyən sürücülər əvvəlcə Şahdağdan Qusar istiqamətinə enərək Qusar–Quba–Bakı magistralı ilə hərəkət etməli, daha sonra isə Şamaxı–İsmayıllı–Qəbələ və ya Bakı–Ağsu–Kürdəmir–Qəbələ marşrutlarından istifadə etməlidirlər. Bu marşrut üzrə səfər orta hesabla 5–6 saat davam edir.

Alternativ olaraq, peşəkar dağ yürüşü ilə məşğul olanlar üçün Şahdağ Milli Parkı ərazisindən Qəbələdəki Tufandağ istiqamətinə uzanan trekking marşrutu da mövcuddur. Lakin bu keçid yalnız bələdçi müşayiəti ilə həyata keçirilir, kifayət qədər çətin hesab olunur və təxminən üç gün çəkir.

Türkan İsgəndərli

TodayPress TV

PHOTOS

Turist Şahdağdan Qəbələyə getmək üçün xəritəyə baxdı və şoka düşdü — 1
NEWS FEED
17 JULY 2026
II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi açıqlandı 16:50 Kremldən Bakıya rəsmi mesaj: Lavrov prezident İlham Əliyevin sözlərinə münasibət bildirdi 16:40 Azərbaycan Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə çağırır 16:19 İran müharibəni Suriyaya daşıdı - "Hizbullah"a yol açmaq üçün bombalayır 16:17 Oğlu Niyazinin arvadının boğazını kəsdi və məşhur dirijorun əşyalarını narkotik vasitə üçün satdı - DETALLAR 16:10 XİN rəhbəri: Azərbaycan Ermənistan arasında de-fakto sülh mövcuddur 16:08 Britaniyanın yeni baş naziri kim olacaq? AÇIQLANDI - FOTO 16:02 XİN Ceyhun Bayramov və Lavrovun müzakirə etdiyi məsələləri açıqladı 15:50 Bir rus əsgərinin cəbhədə ömrü 20-30 dəqiqədir 15:25 Bakıya girmədən regionlara getmək mümkün olacaq? - Ekspert açıqladı 15:21 "Qazprom"un səhmləri 20 ilin ən aşağı səviyyəsinə endi 15:11 Ceyhun Bayramov və Lavrov Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdi 15:12 Putinin reytinqi əriyir 15:07 Turist Şahdağdan Qəbələyə getmək üçün xəritəyə baxdı və şoka düşdü 15:05 SEPAH ABŞ üçün ölüm zonası yadadır 14:51 Trampın paylaşımları ödənişli olur 14:50 Putin mülki obyektləri "vur əmri" verdi - İDDİA 14:42 İspaniya millisinin futbolçusu "Real"a keçə bilər 14:39 Rusiya problemi "kökündən həll edir" - "zaprafkalar"ı satışa çıxardılar 14:29 Almaniyanın "öldüyü yer" - Stalinqrad döyüşü 14:23 Körfəzdə infrastruktur böhranı: İranın hücumu Küveytin enerji bloklarını sıradan çıxardı 14:14 Azərbaycan pilotları çətin döyüş manevrləri üzrə tapşırıqlar yerinə yetirdilər 14:05 Avropadan danışırıqsa, niyə onun ölçülərindən uzaqlaşırıq? 14:00 Şənbə gününün havası açıqlandı - Neçə dərəcə isti olacaq? 13:59 Hər 6 müəllimdən 1-i ikinci işdə çalışır - ABŞ-də 13:44 All News