TİKA-dan görmə məhdudiyyətli Qarabağ qaziləri üçün “ağıllı ağac” dəstəyi

TİKA-dan görmə məhdudiyyətli Qarabağ qaziləri üçün “ağıllı ağac” dəstəyi
18.07.2025 12:56 Cəmiyyət

Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “YAŞAT” Fondu və Azərbaycan Gözdən Əlillər Cəmiyyəti ilə birgə həyata keçirdiyi layihə çərçivəsində Qarabağ qaziləri başda olmaqla, ümumilikdə 30 nəfər görmə məhdudiyyətli vətəndaşa Türkiyədə istehsal olunan “ağıllı ağac”lar təqdim edib.

TodayPress TV xəbər verir ki, Bakıda təşkil olunan təhvil-təslim mərasimində iştirak edən Türkiyənin Azərbaycandakı səfiri Prof. Dr. Birol Akgün bu təşəbbüsün Qarabağ müharibəsi dövründə Türkiyə və Azərbaycanın hərtərəfli əməkdaşlığının davamı olduğunu bildirib:

“Vətən uğrunda canını fəda edən şəhidlərimizin yaxınları və qazilərimiz üçün əlimizdən gələn hər şeyi etmək bizim borcumuzdur. Hər zaman onların yanındayıq,” – deyə səfir vurğulayıb.

YAŞAT Fondunun rəhbəri, eyni zamanda Qarabağ qazisi olan Elvin Hüseynov çıxışında qazilərin sosial rifahının yüksəldilməsinin prioritet olduğunu qeyd edərək, TİKA-nın bu layihədəki rolunun çox dəyərli olduğunu bildirib.

Qarabağ qaziləri adından çıxış edən Vasif Allahverdiyev isə göstərilən dəstəyə görə Türkiyəyə və TİKA-ya təşəkkür edib: “Biz iki dövlət bir olduqca, heç bir güc bizə qarşı dayana bilməz,” – deyə o qeyd edib.

TİKA-nın Bakı Proqram Koordinatoru Hayrettin Özçelik isə layihənin fərqli tərəfinə diqqət çəkərək bildirib ki, təqdim edilən “ağıllı ağac”lar görmə məhdudiyyətli şəxslər üçün xüsusi olaraq Türkiyədə, yenə görmə məhdudiyyətli mütəxəssislərin iştirakı ilə hazırlanıb. Bu cihazlar ağıllı telefonla əlaqəli, naviqasiya və səsli yönləndirmə funksiyalarına malikdir, 12 dildə işləyə bilir və innovativ xüsusiyyətləri ilə fərqlənir.

Layihə çərçivəsində təqdim edilən bu texnoloji cihazların Qarabağ qazilərinin və digər görmə məhdudiyyətli şəxslərin gündəlik həyatını asanlaşdırması hədəflənir.

FOTOLAR

TİKA-dan görmə məhdudiyyətli Qarabağ qaziləri üçün “ağıllı ağac” dəstəyi — 1
TİKA-dan görmə məhdudiyyətli Qarabağ qaziləri üçün “ağıllı ağac” dəstəyi — 2
TİKA-dan görmə məhdudiyyətli Qarabağ qaziləri üçün “ağıllı ağac” dəstəyi — 3
TİKA-dan görmə məhdudiyyətli Qarabağ qaziləri üçün “ağıllı ağac” dəstəyi — 4
TİKA-dan görmə məhdudiyyətli Qarabağ qaziləri üçün “ağıllı ağac” dəstəyi — 5
XƏBƏR LENTİ
01 AVQUST 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Bütün Xəbərlər