TƏHLÜKƏ, RİSK, TƏCRÜBƏ: Yeni sürücülərə harada təlim keçirilməlidir?

TƏHLÜKƏ, RİSK, TƏCRÜBƏ: Yeni sürücülərə harada təlim keçirilməlidir?
24.02.2026 14:45 Cəmiyyət

“İntensiv hərəkət olan küçələrdə təcrübəsiz sürücülərə təlim keçilməsi risk yaradır”.

Bu fikirləri TodayPress TV-yə danışan nəqliyyat eksperti Adil Nəbiyev deyib. 


Onun sözlərinə görə, xüsusilə pik saatlarda, çoxzolaqlı yollarda və mürəkkəb kəsişmələrdə həm şagird, həm təlimçi, həm də digər sürücülər üçün təhlükə artır.

“İlk növbədə mərhələli tədris sistemi tətbiq olunmalıdır. Yeni başlayan sürücü birbaşa sıx şəhər mərkəzinə deyil, əvvəlcə boş və ya az hərəkətli ərazilərdə, sənaye zonalarında, geniş meydançalarda və ya xüsusi təlim poliqonlarında ilkin bacarıqları mənimsəməlidir. Sükan, sürət nəzarəti, ötürmələrin dəyişdirilməsi, dayanma və hərəkətə başlama kimi əsas vərdişlər formalaşmadan intensiv hərəkətə çıxmaq düzgün deyil. Digər məsələ vaxt məhdudiyyətidir. Təlim maşınlarının pik saatlarda mərkəzi küçələrə çıxmasına məhdudiyyət qoyula bilər”. 

Ekspert əlavə edib ki, digər istiqamət təlimçilərin məsuliyyətidir: 

“Təlimçi təkcə maşında oturan şəxs deyil, o, faktiki olaraq təhlükəsizlik zəmanətidir. Pedallı əlavə əyləc sistemi olan təlim avtomobilləri mütləq texniki baxımdan saz vəziyyətdə olmalıdır. Təlimçi marşrutu əvvəlcədən planlaşdırmalı və şagirdin psixoloji vəziyyətini də nəzərə almalıdır. Dördüncü məsələ isə normativ tənzimləmədir. Təlim maşınları üçün xüsusi marşrutların müəyyən edilməsi, təlim icazəsinin mərhələli verilməsi və elektron nəzarət mexanizmlərinin tətbiqi mümkündür. Məsələn, ilkin mərhələni uğurla keçməyən şagird şəhər içi intensiv hərəkətə buraxılmamalıdır”.  

Mütəxəssis vurğulayıb ki, digər sürücülərin də yanaşması önəmlidir. Təlim maşınlarına qarşı aqressiv davranış, siqnal vermə, sıxışdırma yeni sürücüdə panika yaradır və qəza riskini artırır. Bu, həm də yol mədəniyyəti məsələsidir:


"Ən optimal model qapalı meydança və ya az hərəkətli ərazi, orta intensivlikli küçələr, pik saatlar istisna olmaqla mərkəzi yollar, real şəhər trafiki və mürəkkəb yol qovşaqları olmalıdır. Belə mərhələli və planlı sistem həm təlim keyfiyyətini artırar, həm də qəza riskini minimuma endirər".

Qeyd edək ki, avtomobil idarə etmək istəyənlərin bir çoxu təlimlərə üz tuturlar. Bəzi hallarda öyrənənlər hərəkətin sıx olduğu yollara çıxır və qəza təhlükəsi yaradırlar. 

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başladı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 All News