TƏCİLİ! Şahin Şıxlinski bu halda azad olunacaq

TƏCİLİ! Şahin Şıxlinski bu halda azad olunacaq
03.02.2026 13:51 Cəmiyyət

“Azərbaycan Rusiyada həbs olunan, saxlanılan Azərbaycan vətəndaşlarının azad olunmasını sözsüz ki, prioritet sayır”.

Siyasi şərhçi Şakir Ağayev bunu TodayPress TV-yə danışarkən deyib.


Onun qənaətincə, Rusiya və Azərbaycan vətəndaşlarının qarşılıqlı azad olunması mümkündür: 

"Bəs qarşılıqlı dəyişmə prosesi baş verə bilərmi? Yəni oradakı Rusiya vətəndaşları və burada saxlanılan Azərbaycan diasporasının üzvləri və rəhbərləri həbsdən azad oluna bilərmi? Məlumdur ki, bir müddət öncə Azərbaycanda “Sputnik”in saxlanılan iki rəhbər şəxsi — direktoru və baş redaktoru azad edilib, Rusiyada isə Voronej diasporasının rəhbəri və Satira Teatrının rəhbəri azad olunub. Yəni belə bir presedent mövcuddur. Hesab edirəm ki, bu təcrübədən istifadə oluna bilər və eyni zamanda qarşılıqlı etimadı da gücləndirə bilər".  

O, vurğulayıb ki, Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin azadlığı danışıqların nəticəsindən asılıdır: 

"Şahin Şıxlinski məsələsində isə qəti deyə bilmərəm ki, məhz o, onun oğlu və ya orada həbs olunan azərbaycanlılar azad ediləcək. Bu, iki dövlətin hüquq-mühafizə orqanları və Xarici İşlər Nazirlikləri arasında aparılan danışıqların nəticəsindən asılı olacaq".

Ş.Ağayev əlavə edib ki, belə bir qarşılıqlı dəyişmə mümkündür və əgər Rusiya bunu prioritet sayırsa, Azərbaycanın da öz prioritetləri nəzərə alınaraq, qarşılıqlı şəkildə həyata keçirilə bilər.     

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi Bakıda saxlanılan Rusiya vətəndaşlarının azad olunması məsələsinin Moskva üçün əsas və dəyişməz prioritet olduğunu açıqlayıb. Qeyd olunub ki, bu mövzu Azərbaycan tərəfi ilə aparılan təmaslarda mütəmadi şəkildə qaldırılır və xüsusi nəzarətdə saxlanılır. Rusiya XİN-in rəhbəri Sergey Lavrovun bunu 2025-ci ildə Rusiya diplomatiyasının fəaliyyəti ilə bağlı mətbuat konfransına daxil olan suallara cavabında bildirilib.

Xatırladaq ki, ötən ilin iyun ayında Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqdakı azərbaycanlılara qarşı əməliyyat keçirib. Əməliyyat zamanı güc tətbiq olunub və nəticədə iki azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları aldıqları xəsarətlərdən həyatını itiriblər. Digər Səfərovlar və bir neçə həmyerlimiz məhkəmənin qərarı ilə həbs olunublar. Onlara qarşı 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayət ittihamları irəli sürülüb. Daha sonra Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinski saxlanılıb. Mutvalı Şıxslinskiyə qarşı dövlət nümayəndəsinə qarşı zor tətbiq etmə maddəsi ilə cinayət işi açılıb. Şahin Şıxlinski isə sifarişli qətlə cəhd və dövlət nümayəndəsinə qarşı zor tətbiq etmə maddələri ilə ittiham olunub. Yekaterinburq məhkəməsi dekabrda onun həbs müddətini beş aya qədər uzadıb.

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 All News