TƏBİB həkimləri bölgələrə cəlb edir

TƏBİB həkimləri bölgələrə cəlb edir
19.12.2025 13:22 Cəmiyyət

"Regionlarda tibbi xidmətlərin keyfiyyətini və çeşidini artırmaq məqsədilə “Mentor Klinika” layihəsi həyata keçirilir".

TodayPress TV xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib.

Onun sözlərinə görə, layihənin əsas məqsədi paytaxt Bakı şəhərindəki xəstəxanaların növbə yüklərini azaltmaq, pasiyentlərin paytaxta axınının, ixtisaslı həkim çatışmazlığının qarşısını almaq, tibb heyətinin peşəkarlıq səviyyəsini yüksəltmək, regionda tibbi xidmətin çeşidini artırmaq və bunun nəticəsində müəssisələrin maliyyə potensialının gücləndirilməsini təmin etməkdir.

""Mentor Klinika” layihəsi çərçivəsində Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunda yerləşən 8 seçilmiş aparıcı xəstəxana mentor klinika statusu alıb. Onlar müəyyən edilmiş region xəstəxanalarına bilavasitə dəstək göstərirlər".

Vüqar Qurbanov əlavə edib ki, layihənin uğurla həyata keçirilməsi nəticəsində regionlarda tibbi xidmətlərin keyfiyyəti yüksələcək, xəstəxanaların fəaliyyətində səmərəlilik artırılacaq və vətəndaşlar ixtisaslı tibbi yardımı daha rahat və operativ əldə edəcəklər:  

"Layihə çərçivəsində həkimlərin işə qəbul prosesinə start verilib. Həmçinin, Respublika Klinik Xəstəxanası ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanası arasında birgə əməkdaşlığa dair “Əməkdaşlıq Memorandumu” imzalanıb. Bu sənədin imzalanması ilə Respublika Klinik Xəstəxanasının 60 həkimi Şamaxı Rayon Mərkəzi Xəstəxanasında növbəlilik əsasında 1 il ərzində fəaliyyət göstərəcək".

Türkan İsgəndərli

NEWS FEED
31 JULY 2026
“Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 All News