Sürücünü radarlar arasında da izləyən qurğu Azərbaycana gətirilir - İDDİA

Sürücünü radarlar arasında da izləyən qurğu Azərbaycana gətirilir - İDDİA
16.06.2026 16:25 Cəmiyyət

Türkiyədə yol hərəkəti qaydalarına nəzarətdə yeni mərhələ başlayır. “Gəzici Radar” adlanan və adi avtomobillərdən seçilməyən xüsusi nəzarət maşınları artıq test mərhələsindədir. 360 dərəcə kameralar və süni intellekt texnologiyası ilə təchiz olunan bu avtomobillər hərəkətdə olarkən sürət həddini aşan, telefonla danışan və ya təhlükəsizlik kəməri taxmayan sürücüləri avtomatik aşkarlaya bilir. 

Bəs bu texnologiya gələcəkdə Azərbaycanda da tətbiq oluna bilərmi?

Mövzu ilə bağlı nəqliyyat eksperti Adil Nəbiyev TodayPress TV-yə bildirib ki, belə sistemlərin ölkəmizə gətirilməsi tamamilə mümkündür və bu, artıq dünyada yol hərəkətinə nəzarətin yeni istiqaməti hesab olunur.


"Əslində, bu, dünyada trafik nəzarətinin getdiyi yeni istiqamətdir. Görünməyən və hərəkətdə olan ağıllı nəzarət vasitələri. Bu cür "Gəzici Radar" sistemlərinin əsas üstünlüklərindən biri sürücülərin radarın yerini əvvəlcədən bilməməsidir. Adi radarların yeri çox vaxt məlum olur və sürücülər yalnız həmin nöqtədə sürəti azaldıb daha sonra yenidən qayda pozuntusuna yol verirlər. Hərəkətli radar isə istənilən yerdə ola bildiyi üçün bu davranışın qarşısını almağa kömək edir".

Onun sözlərinə görə, yeni sistemlər təkcə sürət həddinə nəzarət etmir, həm də sürücünün davranışını analiz edə bilir:

"360 dərəcə kamera və süni intellekt texnologiyası sayəsində telefonla danışan və ya ekrana baxan, təhlükəsizlik kəməri taxmayan, sürət həddini aşan və digər qayda pozuntuları edən sürücülər avtomatik şəkildə müəyyən edilə bilər. Sistemlərin avtomatik işləməsi polis əməkdaşına olan ehtiyacı azaldır, daha geniş ərazilərdə gecə-gündüz nəzarət aparmağa və insan səhvlərini minimuma endirməyə imkan yaradır".

Ekspert hesab edir ki, bu texnologiyalar xüsusilə ağır yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında mühüm rol oynaya bilər:

"Yüksək sürət, telefondan istifadə və təhlükəsizlik kəmərinin taxılmaması ağır qəzaların əsas səbəbləri sırasındadır. Bu pozuntulara qarşı davamlı və effektiv nəzarət yol hərəkəti təhlükəsizliyinin artmasına ciddi təsir göstərə bilər. Azərbaycanda artıq şəhər müşahidə kameraları, sürət radarları və avtomatik cərimə sistemləri fəaliyyət göstərir. Bu isə gələcəkdə hərəkətli radar avtomobillərinin tətbiqini texniki baxımdan real edir. Xüsusilə Bakı ətrafı magistrallarda, rayonlararası yollarda və sürücülərin radar olmayan hissələrdə sürəti artırdığı ərazilərdə belə sistemlər daha effektiv ola bilər".

Bununla belə,Adil Nəbiyev yeni texnologiyanın bəzi müzakirələrə də səbəb ola biləcəyini qeyd edib:

"Məxfiliklə bağlı narahatlıqlar, süni intellektin yanlış tanıması nəticəsində səhv cərimələr və bu sistemlərin "cərimə üçün ov" kimi qiymətləndirilməsi kimi tənqidlər yarana bilər. Lakin düzgün qanunvericilik, şəffaf nəzarət və etiraz mexanizmləri ilə tətbiq edilərsə, bu texnologiyalar Azərbaycanda yol intizamını ciddi şəkildə dəyişə bilər. Ən böyük dəyişiklik sürücülərin yalnız radar olan nöqtələrdə deyil, hər zaman qaydalara riayət etməyə alışması olacaq. Gələcəkdə bu sistemlər sadəcə sürəti ölçən qurğular kimi deyil, sürücünün ümumi davranışını analiz edən süni intellektli yol təhlükəsizliyi platformalarına çevrilə bilər".

Qeyd edək ki, Azərbaycanda iki və daha çox radar arasındakı məsafəni hesablayaraq sürücünün orta sürətini ölçən (seqment sürəti) xüsusi sistemlər yoxdur. Bu səbəbdən "Gəzici Radar" effektiv həll ola bilər.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Böyük Britaniya və Aİ arasında ikinci sammit - Tarix açıqlandı 18:36 "Sabah"ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu 18:17 Tarixi imzanın yeri məlum oldu - İsveçrədən rəsmi açıqlama 18:11 Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanladı 17:58 Zelenski Putinin təklifini rədd etdi - görüş ancaq bu şərtlərlə olacaq 17:57 ACR: Modulyarlığın zirvəsi və qəbul olunmayan gələcək 17:47 Paşinyan: "Bütün diqqətimiz Azərbaycandadır" 17:41 Milli Məclisin növbəti iclasının gündəliyinə 14 məsələ daxil edildi 17:33 DİM: Xaricdə təhsil almış 16 nəfərin peşəsi tanınıb 17:15 Bəzi rayonlara dolu düşəcək, külək güclənəcək - XƏBƏRDARLIQ 17:07 Bakıda bu qurumların iş saatı DƏYİŞDİRİLİR: Payızdan yeni iş rejimi 16:55 İki körpəsini öldürən ana: “Ərim qız uşağı istəmirdi” 16:45 Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü 16:37 Sürücünü radarlar arasında da izləyən qurğu Azərbaycana gətirilir - İDDİA 16:25 Prezident Niderlandın Baş naziri ilə telefon danışığı apardı 16:13 Fransa Seneqalla, Argentina Əlcəzairlə qarşılaşacaq 16:07 Pensiyalar rayonlarda bu tarixdə ödəniləcək 15:52 Rusiya imperiyasının çöküşü başlandı: Ermənistan belə hörmətsizlik etdi 15:51 AZAL bu istiqamətdə ilk uçuşunu həyata keçirdi 15:39 Aylar sonra ilk dəfə - Zelenski və Tramp görüşdü 15:35 Medina “Qarabağ”dan getdi 15:30 Ermənistanda Türk görənlərin reaksiyası - VİDEO 15:18 Cimidən müsəlmanlara təhqir: sizi doğrayıb, torpağa basdıracağıq! 15:16 Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edildi 15:10 Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 All News