Sürücülərin NƏZƏRİNƏ! Bu küçələr sabahdan bağlı olacaq
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq bəzi küçələrdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
TodayPress TV xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.
Bildirilib ki, məhdudiyyət aşağıda qeyd olunan küçələrin müəyyən hissələrində tətbiq ediləcək:
“Həsən Abdullayev küçəsi – Rostropoviçlər küçəsindən Yusif bəy İbrahimli küçəsinədək, Rostropoviçlər küçəsi – Bünyad Sərdarov küçəsindən Nizami küçəsinədək, Nizami küçəsi – Rostropoviçlər küçəsindən Səid Rüstəmov küçəsinədək, Səid Rüstəmov küçəsi – Nizami küçəsindən Bünyad Sərdarov küçəsinədək, Əhməd Cavad küçəsi – Yusif bəy İbrahimli küçəsindən Səid Rüstəmov küçəsinədək;
Lermontov küçəsi – Bünyad Sərdarov küçəsindən Əhməd Cavad küçəsinədək; Həsən Seyidbəyli küçəsi – Bünyad Sərdarov küçəsindən Mehdi Hüseyn küçəsinədək; İlqar İsmayılov küçəsi – Nəcəf bəy Vəzirov küçəsindən Zivər bəy Əhmədbəyov küçəsinədək”.
“Məhdudiyyət 14 avqust 2026-cı il saat 08:00-dan etibarən tətbiq ediləcək və təmir işləri başa çatanadək qüvvədə olacaq.
Sürücülərdən hərəkətlərini əvvəlcədən planlaşdırmaları, alternativ yollardan istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur”, - deyə məlumatda qeyd edilib.