Süni endirimlər, şişirdilmiş qiymətlər: "Qara Cümə" nədir?

Süni endirimlər, şişirdilmiş qiymətlər: "Qara Cümə" nədir?
28.11.2025 13:14 Cəmiyyət

""Qara Cümə"nin (Black Friday) fəlsəfəsi sadəcə yüksək endirimlərdən ibarət deyil, stokların təmizlənməsi və yeni mövsümə hazırlıq məqsədi daşıyan klassik marketinq addımıdır". 

Bunu TodayPress TV-yə açıqlamasında marketoloq Müşviq İskəndərov deyib.


Onun sözlərinə görə, “Qara Cümə” fenomeni ABŞ-də ilin son ayında mağazaların passiv və yığılıb qalmış məhsullarını sürətlə satışa çıxarmaq məqsədilə formalaşıb. Daha sonra böyük satış həcmləri əldə edildiyi üçün bu praktika qlobal trenda çevrilib:

"Əvvəllər yalnız noyabrın sonuncu cüməsində keçirilən "Qara Cümə", artıq həmin gündən əvvəlki və sonrakı günlərə də yayılıb. Bu, qlobal ticarət sisteminin dəyişməsi ilə əlaqədardır. Yüksək faizli endirimlər bütün məhsullara aid edilmir. Bu, daha çox markanın həmin məhsuldan əldə etdiyi marj dəyərilə bağlıdır. Əgər bir marka 70% endirim edirsə, deməli həmin məhsulun marj dəyəri 300%-ə qədər ola bilər. Yaxud stokda çox qalmış məhsullar 70%-lik endirimlə təklif olunur və bu, normal kommersiya təcrübəsidir".

Ekspert əlavə edib ki, belə endirim kampaniyalarında sui-istifadə hallarına da rast gəlinir. Bəzi satıcılar əvvəlcə məhsulların qiymətini süni şəkildə 70-80% artırır, sonra isə həmin qədər “endirim” etdiklərini göstərirlər:

"Bu, müasir marketinqin prinsiplərinə tam ziddir. Çünki əsas məqsəd satışdan sonrakı loyallığı qorumaqdır. Bir dəfə müştərini aldadan ticarət nöqtəsi onu yenidən qazana bilmir".

Marketoloq vurğulayıb ki, real endirim edən, şəffaf şəkildə fəaliyyət göstərən şirkətlər uzunmüddətli müştəri bazası yaradır. Süni endirim manipulyasiyaları isə markaların imicinə və gələcək satışlarına ciddi zərər vurur.

Müşviq İskəndərov vətəndaşları “Qara Cümə” kampaniyalarında diqqətli olmağa çağırıb və xatırladıb ki, müştəri loyallığının qorunması müasir marketinqin əsas prioritetlərindən biridir.

Qeyd edək ki, "Qara Cümə" noyabr ayının sonuncu cümə günü keçirilir və Milad alış-veriş mövsümünün başlanğıcını qeyd edən, böyük endirimlərin olduğu bir gündür. Bu termin, 1950-ci illərdən bəri mövcuddur və Filadelfiyada polis tərəfindən tıxaclara və izdihamlara görə "qara cümə" adlandırılıb.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 All News