“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı

“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
30.12.2025 14:56 Cəmiyyət

SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə xidmətlərini rəqəmsallaşdıran qurumların sayı 100-ə çatıb.

TodayPress TV xəbər verir ki, rəqəmsal imzanın 100-cü tərəfdaşı “Azerconnect” şirkəti olub.

2022-ci ildə istifadəyə verilmiş “SİMA İmza” bu günədək bir çox dövlət və özəl qurumların etibar etdiyi rəqəmsal platformaya çevrilərək vergi, gömrük, ədliyyə, təhsil, səhiyyə, bank, sığorta, onlayn ticarət və s. kimi sahələrdə tətbiq edilməyə başlanılıb. 

SİMA  rəqəmsal imza sayəsində vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulub, xidmət göstərənlərin iş yükü və xərcləri azalıb. Hazırda “SİMA İmza”dan Azərbaycan vətəndaşları, Azərbaycanda qanuni əsasla yaşayan əcnəbilər, fərdi sahibkarlar, hüquqi şəxslər və dövlət qurumları istifadə edə bilirlər. İmzanı əldə etmək üçün hər hansı fiziki daşıyıcıya və ya xidmət məntəqəsinə getməyə ehtiyac yoxdur. Sadəcə mobil tətbiqi yükləyib qeydiyyatdan keçmək kifayətdir.

Qeyd edək ki, “SİMA İmza” tətbiqinin yüklənilmə sayı 5.5 milyonu ötüb. SİMA İmza ilə 1000-dən çox elektron xidmətə əlçatanlıq təmin edilib. Yeni nəsil rəqəmsal imza haqqında daha ətraflı məlumatı sima.az saytından və “157” Çağrı Mərkəzi vasitəsilə əldə etmək olar.

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 All News