Sənədsiz evlər üçün amnistiya elan ediləcək - RƏSMİ

Sənədsiz evlər üçün amnistiya elan ediləcək - RƏSMİ
19.06.2026 11:47 Cəmiyyət

Sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunub.

TodayPress TV xəbər verir ki, belə təkliflə Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Kamal Cəfərov çıxış edib.

Deputat bildirib ki, hazırda Azərbaycanda 500 mindən çox sənədsiz ev mövcuddur: “Bu məsələnin həlli ilə bağlı müxtəlif vaxtlarda müəyyən tədbirlər həyata keçirilsə də, sistemli və kompleks islahatlara ehtiyac var. Mülkiyyət hüququnun tanınması çox fundamental məsələdir. Bu gün sənədsiz evlərdə yaşayan şəxslər qeydiyyata düşə bilmirlər. Qeydiyyata düşə bilmədikləri üçün yaşadıqları ərazi üzrə dövlət xidmətlərindən tam şəkildə yararlana bilmir, evlərinə qaz çəkdirə bilmirlər. Ailə başçısı vəfat etdikdə vərəsəlik hüququnun rəsmiləşdirilməsi çətinləşir, əmlakın övladlara qanuni qaydada ötürülməsində problemlər yaranır.

Boşanma zamanı da tərəflər mənzil üzərində hüquqi iddia irəli sürməkdə çətinlik çəkirlər. Sənədsiz evlər hazırda bazar dəyərindən 20-30 faiz aşağı qiymətə satılır, banklar tərəfindən girov kimi qəbul edilmir. Nəticədə vətəndaş öz evini kapitala çevirərək kiçik biznes qurmaq imkanından məhrum olur. Başa düşürəm ki, bu, çox mürəkkəb və məsuliyyəti ağır olan məsələdir. Riskli tərəfləri də kifayət qədərdir. Lakin sənədsiz evlərlə bağlı dünya təcrübəsi, o cümlədən Türkiyə təcrübəsi mövcuddur. Türkiyədə "İmar Barışı" proqramı çərçivəsində 2018-ci ildə 7 milyondan çox sənədsiz ev dəyərinin 3 faizi həcmində ilkin ödəniş etməklə çıxarış alıb. Biz də buna bənzər təcrübəni tətbiq edə bilərik. Nəqliyyat və enerji xətləri üzrə mühafizə zolaqlarında, riskli ərazilərdə, strateji təyinatlı torpaqlarda yerləşən, eləcə də mübahisəli statusa malik evlər istisna olmaqla, digər sənədsiz evlərə çıxarış verilə bilər. Bu, iqtisadiyyatımıza, o cümlədən dövlət büdcəsinə milyardlarla manat həcmində əlavə və davamlı dəyər qazandıra bilər. Ona görə də təklif edirəm ki, sənədsiz evlərlə bağlı Şəhərsalma və Memarlıq İlində amnistiya elan olunsun. Bununla bağlı xüsusi dövlət proqramı qəbul edilsin və məsələ mərhələli şəkildə həllini tapsın”.

TodayPress TV

XƏBƏR LENTİ
06 AVQUST 2026
UEFA Çempionlar Liqası: "Fənərbağça" qələbə qazandı 00:29 Yəmən sahillərində raket hücumu - Neft gəmisi hədəf alındı! 00:00 4 mərtəbəli bina UÇDU - Axtarış işləri aparılır 23:54 "ABŞ və İsrail İranı 48 saat ərzində ələ keçirmək istəyirdi" - Pezeşkian 23:42 Sürücülərin NƏZƏRİNƏ!: Bakının daha üç küçəsində təmir işləri aparılacaq 23:30 Zelenskinin vəzifədən azad etdiyi Ukraynalı diplomata YENİ İTTİHAM 23:07 Çempionlar Liqası: "Sabah" səfərdə "Orhus"a məğlub oldu 21:13 Omanla danışıqlar yekunlaşır! - Qəribabadi AÇIQLADI 23:03 Ebola epidemiyası 2 dəfə sürətlə yayılır! - ÜST rəhbərindən XƏBƏRDARLIQ 22:51 Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi bu imiş 22:40 Bakıda məscid ərazisində baş verən yanğın söndürüldü - YENİLƏNİB 21:54 "Nə lazımdırsa edəcəyik!" - Netanyahu nə planlaşdırır? 22:21 Rutte Ukrayna üçün raket axtarışını SÜRƏTLƏNDİRİR - Müttəfiqlər ayağa qaldırıldı 22:09 İran XİN: ABŞ-dən mesajlar almışıq! 21:57 FIFA-da qalmaqal: Final kimə və nə qarşılığında verilir? 21:40 Hakan Fidan: “İsrailin sülh niyyəti yoxdur!” 21:27 Qəzzada müharibə dayanmayacaq? İsrail AÇIQLADI 21:19 Məhkəmə MN-in sabiq rəisi ilə bağlı qərarını belə dəyişdi 21:07 Gürcüstan yenə “qaranlığa qərq oldu” - Sabotaj araşdırması başlanıldı 20:51 TRIPP-in “taleyi” bu tarixdə bəlli olacaq - Ermənistan Məhkəməsi qərar verəcək 20:44 “Orhus” - “Sabah” oyununun vaxtı dəyişdirildi 20:31 ABŞ “dənizin altına” sərmayə qoydu: 76,6 milyard dollar 20:24 Kanala girən 14 yaşlı oğlandan xəbər yoxdur - Fövqəladə Hallar hərəkətə keçdi 20:10 Türkiyə mediası Hacıyevin fikirlərini təhrif etdi - FOTO 19:56 Gürcüstanda universitetlər pulsuz olacaq, amma bir şərtlə! 19:51 Bütün Xəbərlər