"Şəhərsalma və Memarlıq İli" ölkəmizə hansı töhfələri verəcək?

"Şəhərsalma və Memarlıq İli" ölkəmizə hansı töhfələri verəcək?
24.12.2025 13:15 Cəmiyyət

"Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi memarlıq və şəhərsalma sahəsində geniş perspektivlər vəd edir". 

Bu fikirləri memar Cahid Həsənov TodayPress TV-yə danışarkən bildirib.


Onun sözlərinə görə, 2026-cı il yalnız dövlət layihələrinin maliyyələşdirilməsi ilə məhdudlaşmayacaq, eyni zamanda digər qurum və təşkilatların da Azərbaycan memarlığının inkişafına və yenilikçi ideyaların reallaşmasına töhfə verməsinə imkan yaradacaq:

"Bu qərar təkcə mənim kimi memarları yox, bütün Azərbaycan cəmiyyətini sevindirdi. Çünki 2026-cı il artıq sadəcə dövlət layihələrinin maliyyələşdirilməsindən ibarət olmayacaq. Digər qurum və təşkilatlar da memarlığın inkişafına, yeni ideyaların reallaşmasına şərait yaradacaq".

Memar vurğulayıb ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əsas məqsəd yalnız hündürmərtəbəli binaların tikintisi deyil, daha yaradıcı və innovativ yanaşmaların təşviq olunmasıdır. Onun fikrincə, özəl şirkətlər, memarlar, dizaynerlər və mühəndislər üçün sərbəst yaradıcılıq mühiti formalaşacaq və standart, monoton tikililərdən uzaqlaşmaq mümkün olacaq:

"2026-cı ildə Azərbaycanın şəhərsalma siyasətində “yaşıl şəhər” konsepti xüsusi yer tutacaq. İşğaldan azad olunmuş ərazilərin iqlim və coğrafi xüsusiyyətləri bu yanaşma üçün əlverişlidir. Yeni yaşayış məntəqələri fundamental olaraq "yaşıl şəhər" anlayışına uyğun qurulacaq. Yaşıllıq zolaqları, parklar, açıq məkanlar və ekoloji cəhətdən təmiz infrastrukturlar ön planda olacaq".

Mütəxəssis əlavə edib ki, bu dəyişikliklər Bakı şəhərində də özünü göstərəcək. Dövlət qurumlarının binalarının fasadları estetik tələblərə uyğun yenilənəcək, yaşıllıq sahələri artırılacaq, mini parklar salınacaq. 

"Özəl sektorun, o cümlədən MTK-ların da bu prosesdə aktiv iştirakı gözlənilir. "Şəhərsalma və Memarlıq İli" təkcə qısa müddətli layihələrlə məhdudlaşmayacaq, uzunmüddətli iqtisadi və sosial təsirlərə malik olacaq. Layihələrin davamlı həyata keçirilməsi minlərlə memar, mühəndis, dizayner layihəçi üçün yeni iş imkanları yaradacaq. 2026-cı il görüləcək işlər onilliklər boyu davam edəcək və ölkəmizi tamamilə yeni bir memarlıq dövrünə çıxaracaq", - deyə Cahid Həsənov vurğulayıb.

Heykəltəraş Elxan Zeynalov da TodayPress TV-yə fikirlərini bildirib.


Onun sözlərinə görə, 2026-cı il Azərbaycan üçün təkcə rəsmi bir tarix deyil, həm də son illərdə həyata keçirilən siyasi və sosial proseslərin məntiqi davamıdır:

"Mən düşünürəm ki, 2026-cı il Azərbaycan üçün çox mühüm bir il olacaq. Bu, yalnız dövlətimiz üçün deyil, bütün xalqımız üçün önəmli bir dönəm olacaq. Qarabağın yenidən qurulması, əhalinin doğma torpaqlara qayıdışı və rahat yaşayışın təmin olunması baxımından şəhərlərin düzgün planlaşdırılması və yüksək səviyyəli memarlıq layihələrinin hazırlanması əsas prioritetlərdəndir". 

Heykəltəraş qeyd edib ki, son illərdə Qarabağda həyata keçirilən layihələr bu sahədə ciddi irəliləyişlərin olduğunu göstərir:

"Bu prosesdə həm tarixi abidələrin qorunması, həm də müasir və komfortlu yaşayış məkanlarının yaradılması paralel şəkildə aparılmalıdır. Memarlıq və incəsənət bir-birini tamamlayan sahələrdir və hər bir layihə estetik zövq və peşəkarlıq tələb edir. Bu illərdə həm tarixi abidələr qorunur, həm də müasir yaşayış məkanları yaradılır. Memarlıq və incəsənət ayrılmaz sahələrdir. Binaların fasadı, interyeri və ümumi konstruksiyası böyük zövq və bacarıq tələb edir".

Elxan Zeynalov həmçinin Azərbaycanda memarlıq təhsilinin inkişaf etdiyini, ADA Universitetində memarlıq ixtisasının açılmasını, Memarlıq və İnşaat Universitetində, Rəssamlıq Akademiyasında və Naxçıvan Dövlət Universitetində aparılan tədrisi bu sahənin gələcəyi üçün mühüm addımlar kimi qiymətləndirib. Bu amillər 2026-cı ildə memarlıq sahəsində daha möhtəşəm nəticələrin əldə olunmasına zəmin yaradacaq.

"Abidələr və heykəltəraşlıq da “Şəhərsalma və Memarlıq İli”nin ayrılmaz tərkib hissəsi olmalıdır. Xüsusilə Qarabağda tarixi şəxsiyyətlərin və real qəhrəmanların xatirəsini əbədiləşdirən abidələrin ucaldılması gələcək nəsillər üçün mühüm mesaj daşıyacaq. Bizim xalqımızın real qəhrəmanları var. Onların fəaliyyəti, şücaəti və yaradıcılığı abidələr və memarlıq nümunələri vasitəsilə gələcək nəsillərə ötürülməlidir. 2026-cı il, mənim düşüncəmə görə, Azərbaycan üçün yalnız memarlıq ili deyil, həm də milli qürur, yaradıcılıq və gələcəyə inam ili olacaq", - Elxan Zeynalov fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
31 JULY 2026
F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 All News