Şəhərlərdə piyada təhlükəsizliyinin açarı: Küçələr necə dizayn olunmalıdır?

Şəhərlərdə piyada təhlükəsizliyinin açarı: Küçələr necə dizayn olunmalıdır?
28.04.2026 13:39 Cəmiyyət

Şəhərlərdə piyada vurulmalarının qarşısını almaq üçün küçələrin düzgün dizaynı əsas həll yolu hesab olunur. 

TodayPress TV xəbər verir ki, bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev danışıb.


Onun sözlərinə görə, şəhər küçələri sürətli avtomobil hərəkəti üçün deyil, insan yönümlü şəkildə planlaşdırılmalıdır:

"Şəhərdə piyada təhlükəsizliyini təmin etmək üçün tədbirlər kompleks şəkildə tətbiq olunmalıdır. Səki davamlılığı təmin edilməli, yəni səkilər kəsilməməli və piyadaları yol hissəsinə çıxmağa məcbur edən maneələr aradan qaldırılmalıdır. Piyada keçidlərinin sayı və keyfiyyəti də təhlükəsizlik baxımından həlledicidir. Eyni səviyyəli və svetoforla nizamlanan keçidlər artırılmalıdır. Qısa və rahat keçidlər piyadanı riskli davranışdan çəkindirir. Bundan əlavə, iki və daha çox zolaqlı küçələrdə təhlükəsizlik adacıqları qurulmalıdır ki, piyadalar yolu mərhələli şəkildə keçə bilsin".

Gecə təhlükəsizliyi məsələsinə də toxunan ekspert bildirib:

"Keçidlər kontrast işıqlandırılmalıdır. Gecə vaxtı görünürlük artırılmadan təhlükəsizliyi təmin etmək mümkün deyil. Həmçinin, keçidlərə yaxın ərazilərdə ‘kor zonalar’ aradan qaldırılmalı, parkinq fiziki olaraq ayrılmalıdır ki, sürücü piyadanı əvvəlcədən görə bilsin. Dayanacaqlarda ‘anti-cib’ (bus bulb) həlləri tətbiq olunmalıdır. Bu yanaşma həm ictimai nəqliyyatın hərəkətini sürətləndirir, həm də parkinqlə toqquşma riskini azaldır".

Mütəxəssis vurğulayıb ki, həssas ərazilərdə sürətin azaldılması üçün fiziki tədbirlər vacibdir:

"Bağça, məktəb, poliklinika və xəstəxana önündə sürət fiziki olaraq azaldılmalıdır. ‘Berlin yastığı’ kimi elementlər bu baxımdan effektivdir. Kamera və cərimələr problemi tam həll etmir. Əsas həll küçələrin elə dizayn edilməsidir ki, sürətli hərəkət fiziki olaraq mümkün olmasın".

O, həmçinin avtomobil nəqliyyatı sektorunun iqtisadi roluna da toxunub. Onun təqdim etdiyi rəqəmlərə görə, son 3 ildə yük avtomobillərinin sayı 3 000-dən 14 500-ə yüksəlib, daşıyıcı şirkətlərin sayı 2 000, taksilərin sayı 25 000, Bakıda avtobusların sayı isə 2 350-dir.

"Bu göstəricilər minimum 44 200 sürücü deməkdir və bu, yalnız birbaşa məşğulluqdur. Lakin nəqliyyat sektoru multiplikativ effekt yaradan sahələrdəndir. Servis və texniki xidmət, yanacaq və enerji sektoru, sığorta və maliyyə xidmətləri, logistika və anbarlama, eləcə də rəqəmsal platformalar bu sahə ilə birbaşa bağlıdır. Yəni real təsir on minlərlə əlavə iş yeri və geniş iqtisadi dövriyyə deməkdir".

Rauf Ağamirzəyev qeyd edib ki, avtomobil nəqliyyatı yalnız daşınma vasitəsi deyil, böyük iqtisadi ekosistemdir. Bu sektorun düzgün tənzimlənməsi və planlanması həm məşğulluğa, həm də şəhər iqtisadiyyatına ciddi təsir edir.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 All News