Sədr boykota çağırdı: SİYAHIDA BU ŞİRKƏTLƏR DƏ VAR

Sədr boykota çağırdı: SİYAHIDA BU ŞİRKƏTLƏR DƏ VAR
06.10.2025 17:01 Cəmiyyət

"Azərbaycanda istehlakçı hüquqları ilə bağlı vəziyyət acınacaqlıdır". 

Bu fikirləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov TodayPress TV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun 1995-ci ildə qəbul edilsə də, sonrakı illərdə edilən yeddi dəyişiklik istehlakçıların deyil, daha çox biznes maraqlarına xidmət edib:

"Bazar inkişaf edib, onlayn ticarət meydana çıxıb, amma qanun müasir tələblərə cavab vermir. Mən dəfələrlə Milli Məclisdə, Ombudsman qarşısında çıxış etmişəm ki, qanun dəyişməli, müasirləşməlidir".

O, həmçinin illik hesabatda istehlakçı hüquqlarına yer ayrılmamasını da tənqid edib:

"102 səhifəlik hesabatda "istehlakçı" sözü yox idi. Halbuki o günlərdə 15 nəfər saxta araqdan zəhərlənərək ölmüşdü. Bu, çox ciddi məsələdir".

Eyyub Hüseynovun sözlərinə görə, Azad İstehlakçılar Birliyinə ən çox edilən müraciətlər malların dəyişdirilməsi və qaytarılması ilə bağlıdır:

"Bəzi biznes qurumları "pulunu ver, get" şüarı ilə işləyir. Məsələn, illərdir ki, "Kontakt Home" bu sahədə birincidir. Son aylarda isə "Baku Electronics" ona çatmaq üzrədir. Biz şikayətlərin 80 faizini danışıq yolu ilə həll edirik, amma bu iki şirkətlə mümkün olmur. Bizim hüquqlarımız önə çəkilməlidir. Hansı ölkədə istehlakçı hüquqları öndədir, o ölkə bazar iqtisadiyyatının ən inkişaf etmiş bir mərhələsindədir".

Mütəxəssis əlavə edib ki, "Music Gallery"dən şikayətlər yox dərəcəsində olsa da, "Kontakt Home" həmin şəbəkəni alandan sonra problemlər çoxalıb:

"İndi artıq “Music Gallery”dən də şikayətlər yağış kimi gəlir. "İrşad Telekom"dan demək olar ki, şikayət yoxdur. Amma "Kontakt Home" və "Baku Electronics" bizim qara siyahımızdadır. 

Ekspert insanları belə şirkətləri boykot etməyə çağırıb:

"İstehlakçı hüquqları pozulan zaman məsələ danışıqlar yolu ilə həll olunmalıdır. Əgər bu mümkün deyilsə, cəmiyyət belə şirkətlərdən alış-veriş etməməlidir. Hökumət üzünü istehlakçılara çevirməlidir, çünki bazarı saxlayan istehlakçılardır".

Qeyd edək ki, istehlakçı hüquqlarının pozulması halları bir sıra məsələlərdə özünü göstərir. Məsələn, hələ də satış obyektlərinin pəncərələrində “Alınan mallar geri qaytarılmır” kimi qanunsuz yazılara rast gəlmək mümkündür. Ekspertlər bu kimi digər hallarda dövlət qurumlarına müraciət etməyin vacibliyini vurğulayırlar.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
19 IYUN 2026
Qafqaz qarışır - İran Ermənistanda Amerikaya hücum edəcək - Paşinyan müharibə anonsu verdi 12:00 Ukrayna Rusiyaya yenidən zərbələr endirməyə başladı - VİDEO 11:51 Sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olundu 11:47 Sərnişinlərin DİQQƏTİNƏ: Yeni keçid stansiyası ilə bağlı vacib məlumat 11:44 ŞAD XƏBƏR GƏLDİ: Hərbçilərin maaşı artırılacaq 11:36 Sərinləmək istəyi faciə ilə bitdi: Fövqəladə Hallar tükürpədən statistika açıqladı 11:38 Pensiyaçılara şad xəbər: təqaüdlərin artmasına səbəb yarandı, gözlər hökümətdə 10:10 Rusiya islamın müdafiəsinə qalxdı - Onlara qarşı fobiyası olanları hədələdi 11:15 Milli Məclisin iclası başladı - Gündəmdə hansı mövzular var? 11:09 Ərdoğan bir addımı ilə Rusiya və NATO-nu asılı vəziyyətə saldı 11:04 DİQQƏT! Rezidenturaya qəbulun tarixi açıqlandı 10:50 Dünya çempionatında ağır zədə: iki ayaq sümüyü sınan futbolçu mundialla vidalaşdı 10:38 Ermənistanda bütün vətəndaşlar pulsuz tibbi xidmət alacaq 10:30 Paşinyan yolun sonuna gəldi, müxalifət birləşib onu devirəcək 10:25 Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər - Fantastik məbləğ... 10:14 Azərbaycan nefti son günlərin ən aşağı həddinə düşdü 10:04 Sülh imzalanıb, bombardıman isə davam edir 09:54 DÇ-2026: Ev sahibi Avstraliyaya qarşı 09:47 Qiymətli metallar bazarında növbəti dəyişiklik - Gümüşün qiyməti... 09:43 Qaz sektorunda dalğalanma davam edir 09:20 Fyuçerslər oynayır - neft yenidən ucuzlaşdı 09:11 ABŞ İranın vurduğu "cüzi" ziyanı yığıb-yığışdıra bilmir - Pentaqon təcili müraciət etdi 09:02 Norveçdə altı yaşlı uşaq 1300 illik vikinq qılıncı tapdı - FOTO 00:01 Beyin sosial əlaqədən əvvəl "məşq" edir: Alimlərdən maraqlı kəşf 22:53 Prediabet nədir və niyə ondan qorxmaq lazımdır? 22:51 Bütün Xəbərlər