"Sea Breeze Resort" üçün torpaq sahəsi ayrıldı - QƏRAR

"Sea Breeze Resort" üçün torpaq sahəsi ayrıldı - QƏRAR
15.04.2026 18:15 Cəmiyyət

Nazirlər Kabineti "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması məqsədilə su fondu torpaq sahəsinin ayrılması haqqında" qərar qəbul edib.

TodayPress TV xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsinin şimal hissəsində "Sea Breeze Resort" istirahət zonası üçün yaşayış və qeyri-yaşayış binalarının tikintisi ilə əlaqədar Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında 9,08 hektar və su akvatoriyasında 46,0 hektar olmaqla, sahilboyu zolağa bitişik biri düzbucaqlı və digəri gəmi formasında olan iki süni torpaq sahəsinin yaradılması məqsədilə ümumilikdə 55,08 hektar su fondu torpaq sahəsi ayrılıb.

Yaradılması nəzərdə tutulan süni torpaq sahəsində tikintisi başa çatmış tikinti obyektlərinin istismarına icazə verildikdən sonra həmin torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid edilib.

Dövlət və bələdiyyə orqanlarının öz səlahiyyətlərini müvafiq inzibati ərazi vahidi hüdudlarında həyata keçirməsi üçün yaradılması nəzərdə tutulan süni torpaq sahəsi Nardaran qəsəbəsinin hüdudları çərçivəsində olmaqla Sabunçu rayonunun inzibati ərazisinə aid edilib.

Əmlak Məsələləri Dövlət Xidməti qismində İqtisadiyyat Nazirliyi ayrılmış 55,08 hektar su fondu torpaq sahəsi üzərində yaranmış icarə hüququnun dövlət qeydiyyatına alınması üçün icarə hüququ yaranmış sifarişçi qismində "Nardaran İnvest" MMC ilə torpaq icarəsi müqaviləsinin bağlanılmasını təmin etməlidir.

Qərar qüvvəyə mindiyi tarixdən süni torpaq sahəsinin yaradılması və həmin 55,08 hektar torpaq sahəsində tikinti obyektlərinin inşası üçün tikintiyə icazə "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" qanunda nəzərdə tutulmuş müddətdə Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq alınır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmədikdə isə müddət başa çatdığı gündən üç gün ərzində bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Dövlət Sərhəd Xidməti və Bakı Şəhər İcra Hakimiyyəti bu Qərardan irəli gələn digər məsələləri həll etməlidir.

Qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilib.

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 All News