Samir Nuriyev Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsini ictimaiyyətə təqdim etdi

Samir Nuriyev Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsini ictimaiyyətə təqdim etdi
13.11.2025 13:44 Cəmiyyət

Noyabrın 13-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunmuş Ceyhun Ramiz oğlu Cəlilovu muxtar respublikanın ictimaiyyətinə təqdim edib.

TodayPress TV xəbər verir ki, tədbirdən əvvəl Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.

Təqdimat mərasimində çıxış edən Samir Nuriyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial, iqtisadi və mədəni inkişafı məsələlərini daim diqqət mərkəzində saxlayır.

Ölkəmizdə aparılan quruculuq işlərinin tərkib hissəsi kimi Naxçıvanın inkişafı istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini qeyd edən Prezident Administrasiyasının rəhbəri “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın qəbul edildiyini, davamlı iqtisadi və sosial artıma nail olmaqla muxtar respublikanın inkişafının sürətləndirilməsinin və ölkə iqtisadiyyatına tam inteqrasiyasının əsas hədəf olduğunu qeyd edib.

Bildirilib ki, Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planına uyğun olaraq əlverişli biznes mühitinin yaradılması, ticarətin, ixracyönümlü sənayenin, kənd təsərrüfatının, turizmin, infrastruktur təminatının, sosial sferanın, insan kapitalının və digər sahələrin inkişafı ilə bağlı qaşıda duran vəzifələrin vaxtında və keyfiyyətlə icrası üçün mövcud imkanlardan daha səmərəli istifadə olunmalı və bütün qüvvələr səfərbər edilməlidir.

Azərbaycan Prezidentinin noyabrın 12-də yeni təyinatlarla əlaqədar qəbulda səsləndirdiyi fikirlərə toxunan Prezident Administrasiyasının rəhbəri dövlətimizin başçısının xalqa xidməti, təvazökarlığı, vəzifə borcuna məsuliyyətli yanaşmanı əsas iş prinsipləri hesab etdiyini və hər bir məmurun öz fəaliyyətində bu prinsipləri rəhbər tutmalı olduğunu deyib.

Samir Nuriyev Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrini muxtar respublikanın yeni rəhbərliyinə çatdıraraq dövlətimizin başçısının göstərdiyi etimadın doğruldulacağına ümid etdiyini bildirib.

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 All News