Razi Nurullayev: "Təkcə qadağa problemi həll etmir"

Razi Nurullayev: "Təkcə qadağa problemi həll etmir"
17.12.2025 12:33 Cəmiyyət

"Azərbaycanda elektron siqaretlərin qadağan olunması ilə bağlı müzakirə edilən qanun dəyişiklikləri cəmiyyətdə ciddi müzakirələr doğurur. Bu məsələyə ilk növbədə ictimai sağlamlıq baxımından yanaşmaq lazımdır". 

Bu fikirləri TodayPress TV-yə açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

Onun sözlərinə görə, elektron siqaretlər xüsusilə gənclər və yeniyetmələr arasında sürətlə yayılıb və çox vaxt zərərsiz alternativ kimi təqdim olunur:

"Halbuki bu məhsulların tərkibində nikotin və digər kimyəvi maddələr var, onlar asılılıq yaradır və ürək-damar, eləcə də tənəffüs sistemi üçün real risklər daşıyır.

Qadağanın əsas məqsədi gənc nəslin sağlamlığını qorumaq və nikotin asılılığının daha da genişlənməsinin qarşısını almaqdır. Bu baxımdan qanuna təklif edilən dəyişikliklər müəyyən mənada əsaslı və başadüşüləndir. Eyni zamanda unutmaq olmaz ki, təkcə qadağa ilə problemi tam həll etmək mümkün deyil. Əgər paralel şəkildə maarifləndirmə aparılmasa və effektiv nəzarət mexanizmləri qurulmasa, qeyri-qanuni satışın və qara bazarın artması riski də yarana bilər. Bu isə daha keyfiyyətsiz və təhlükəli məhsulların dövriyyəyə çıxmasına səbəb ola bilər".

Deputat əlavə edib ki, uzun illər siqaret çəkən və elektron siqareti tərgitmə vasitəsi kimi görən insanlar da nəzərə alınmalıdır. Belə şəxslər üçün alternativ tibbi və psixoloji dəstək mexanizmləri formalaşdırılmasa, onların yenidən ənənəvi siqaretə qayıtmaq ehtimalı arta bilər:

"Hesab edirəm ki, elektron siqaretlərlə bağlı qanuna edilən dəyişikliklər kompleks yanaşma ilə icra olunmalıdır. Məqsəd cərimə və qadağa tətbiq etmək yox, cəmiyyətin sağlam gələcəyini qorumaq olmalıdır. Yalnız bu halda qəbul edilən dəyişikliklər real və uzunmüddətli müsbət nəticələr verə bilər", - deyə Razi Nurullayev qeyd edib.

Xatırladaq ki, Milli Məclis Azərbaycanda elektron siqaretlərin qadağan olunması haqqında qanun layihəsini müzakirə edib. Layihəyə əsasən, maye halda buxarlanmadan qaynaqlanan elektron siqaretlərin ölkədə idxalı, istehsalı, satışı və istifadəsi qadağan edilir.

Türkan İsgəndərli

NEWS FEED
31 JULY 2026
Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 All News