Ramin Məmmədov Qala qəsəbəsindəki iki məscidi ziyarət etdi

Ramin Məmmədov Qala qəsəbəsindəki iki məscidi ziyarət etdi
08.07.2025 16:10 Cəmiyyət

Dini qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Xəzər rayonunum Qala qəsəbəsində yerləşən "Cümə" və "Süleyman" məscidlərini ziyarət edib.

Bu barədə TodayPress TV-yə Dövlət Komitəsindən məlumat verilib.

Komitə sədri bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq ölkədə formalaşmış dövlət-din münasibətləri modeli müxtəlif dini konfessiyaların nümayəndələri arasında qarşılıqlı hörmət və əməkdaşlıq mühitini təşviq edir.

O, milli-mənəvi dəyərlərin qorunması, tolerantlıq və multikulturalizm ənənələrinin möhkəmləndirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu qeyd edib və dini təhsil sahəsində aparılan işlərin əhəmiyyətini vurğulayıb.

Ramin Məmmədov din xadimlərinin cəmiyyətdə nüfuzunun artırılması, onların peşəkar hazırlığının gücləndirilməsi və sosial statusunun yüksəldilməsi istiqamətində dövlət tərəfindən davamlı tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Görüşdə din xadimləri gənclərin maarifləndirilməsi və dini tolerantlığın təşviqi istiqamətində birgə işlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Dini qurumların fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı təkliflər diqqətə çatdırılıb.

FOTOLAR

Ramin Məmmədov Qala qəsəbəsindəki iki məscidi ziyarət etdi — 1
Ramin Məmmədov Qala qəsəbəsindəki iki məscidi ziyarət etdi — 2
Ramin Məmmədov Qala qəsəbəsindəki iki məscidi ziyarət etdi — 3
Ramin Məmmədov Qala qəsəbəsindəki iki məscidi ziyarət etdi — 4
Ramin Məmmədov Qala qəsəbəsindəki iki məscidi ziyarət etdi — 5
Ramin Məmmədov Qala qəsəbəsindəki iki məscidi ziyarət etdi — 6
Ramin Məmmədov Qala qəsəbəsindəki iki məscidi ziyarət etdi — 7
XƏBƏR LENTİ
01 AVQUST 2026
Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bütün Xəbərlər