Ramin Məmmədov Mark Şnayer ilə görüşdü

Ramin Məmmədov Mark Şnayer ilə görüşdü
04.12.2025 15:36 Cəmiyyət

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ABŞ-nin Etnik Anlaşma Fondunun prezidenti Ravvin Mark Şnayerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

TodayPress TV xəbər verir ki, Dini Komitənin sədri Azərbaycanda zəngin multikulturalizm dəyərlərinin təbliği və təşviqinin dövlətin din siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib.

Bu, Prezident İlham Əliyevin rəhbərliyi altında dini konfessiyalara və ibadət yerlərinə göstərilən hərtərəfli dövlət dəstəyində öz əksini tapır. Müxtəlif dinlərin nümayəndələrinin mehriban və dinc yanaşı yaşaması Azərbaycanın səciyyəvi xüsusiyyətidir, bütün azərbaycanlılar üçün qürur mənbəyidir.

Görüş zamanı Bakı Prosesi çərçivəsində təşkil olunan beynəlxalq tədbirlərin əhəmiyyətinə də toxunan komitə sədri bu platformanın müxtəlif mədəniyyət və dinlərarası sivilizasiya arasında dialoq, əməkdaşlıq üçün geniş imkanlar yaratdığını, tolerantlığın qlobal səviyyədə təşviqinə mühüm töhfə verdiyini vurğulayıb.

Etnik Anlaşma Fondunun prezidenti, Hampton sinaqoqunun təsisçi direktoru Ravvin Mark Şnayer Azərbaycanda uzun illərdir mövcud olan dini tolerantlıq və qarşılıqlı hörmət mühitini yüksək dəyərləndirdiyini qeyd edib. O, Azərbaycanın müxtəlif dini və etnik qrupların sülh, həmrəylik və anlayış şəraitində birgə yaşaması üçün yaratdığı nümunəvi modelin xüsusi diqqət çəkdiyini bildirib. Azərbaycan tolerantlığının parlaq nümunələrindən birinin də bu ölkədə yəhudi icmasına göstərilən qayğı olduğunu deyib.

Görüşdə mövcud dinlərarası harmoniya mühitinin möhkəmləndirilməsi ilə bağlı müxtəlif ideya və təşəbbüslər ətrafında geniş fikir mübadiləsi aparılıb.

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 All News