Qida məhsullarının etiketləri ilə bağlı AQTA-dan tələb

Qida məhsullarının etiketləri ilə bağlı AQTA-dan tələb
17.12.2025 20:40 Cəmiyyət

“Qida təhlükəsizliyi haqqında” Qanununun 17-ci maddəsinə əsasən, istehlakçıya qida məhsullarının adı, qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, saxlanma şəraiti, habelə tərkibindəki allergenlər barədə dolğun məlumatlar verilməlidir.

TodayPress TV xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Unikal"a verilən məlumata görə, məhsulların etiketlənməsi aydın, dəqiq və istehlakçılar üçün tam başa düşülən formada həyata keçirilməlidir.

Qida məhsullarının tərkibində istifadə olunduğu halda allergen maddələr etiketdə mütləq qeyd edilməlidir. Həmin allergenlərə qlüten ehtiva edən taxıllar, xərçəngkimilər, molyusklar, yumurta, balıq, yer fındığı, soya, süd və süd məhsulları və digərləri daxildir.

Qida məhsullarında allergenlərin qeyd olunmasının əsas məqsədi istehlakçıların məlumatlı və təhlükəsiz seçim etməsini təmin etmək, eləcə də qida allergiyaları ilə bağlı yarana biləcək sağlamlıq risklərinin qarşısını almaqdır.

“AQTA istehlakçı hüquqlarının qorunması və ictimai sağlamlığın təmin edilməsi məqsədilə məhsul tərkibi barədə dürüst, tam və şəffaf məlumatın təqdim olunmasına nəzarəti, eləcə də maarifləndirmə tədbirlərini ardıcıl şəkildə davam etdirir”, - deyə məlumatda vurğulanıb.

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 All News