Qərbi Azərbaycana qayıdış ən mühüm vəzifələrimizdəndir – Deputat

Qərbi Azərbaycana qayıdış ən mühüm vəzifələrimizdəndir – Deputat
16.01.2026 11:43 Cəmiyyət

"Tarix unudulduqda təkrarlanır və Azərbaycan tarix boyu torpaq iddiaları və işğallarla üz-üzə qalıb".

TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov “Tarixi Yurda Qayıdış” adlı konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistan və havadarlarının əsas məqsədi vaxtilə Qərbi Azərbaycan, İrəvan, Zəngəzur və Qarabağı mərhələli şəkildə işğal etməklə bütün Azərbaycanı nəzarət altına almaq olub.

Ceyhun Məmmədov vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət və Prezident İlham Əliyevin qətiyyətli yanaşması nəticəsində bu planlar puça çıxıb və Azərbaycan öz torpaqlarını azad edib.

"Azərbaycan sülh tərəfdarıdır, lakin gələcəkdə oxşar təhlükələrin təkrarlanmaması üçün bu gün mövcud imkanlardan düzgün istifadə olunmalıdır. Hazırda Azərbaycanın öz həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün real fürsətləri var və bu proses artıq nəticə verməkdədir".

Deputat deyib ki, Qarabağ işğaldan azad edildikdən və Qərbi Azərbaycana qayıdışla bağlı güclü ictimai hərəkat başladıqdan sonra beynəlxalq mühitdə də münasibət dəyişməyə başlayıb. O bildirib ki, artıq dünya reallığı qəbul edir, Qarabağ Azərbaycandır.

"Qərbi Azərbaycana qayıdışın təmin olunması qarşıda duran əsas vəzifələrdən biridir. Bu istiqamətdə dövlət qurumları ilə yanaşı, qeyri-hökumət təşkilatları və alimlər də fəal iştirak edirlər".

Parlamentari beynəlxalq təbliğatda kitabların, sənədli filmlərin və xarici dillərdə nəşrlərin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Millət vəkili əlavə edib ki, ermənilər uzun illər saxta məlumatlar və uydurma əsərlər vasitəsilə təbliğat aparıblar və Azərbaycan buna faktlar, arxiv sənədləri və elmi əsərlərlə cavab verməlidir.

"İşğal dövründə təxminən 500 qəbiristanlıq və 400 məscid dağıdılıb, İrəvan və ətraf ərazilərdə Azərbaycan mədəni irsi sistemli şəkildə məhv edilib. Bu faktların beynəlxalq ictimaiyyətə çatdırılması vacibdir".

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
16 AUGUST 2026
"Neftçi SOCAR" Dünya Qadın Seriyasının "Sea Breeze" mərhələsində mübarizəni başa vurdu 18:14 İran ABŞ-ni Fars körfəzindən birdəfəlik çıxarır? - Rəsmi AÇIQLADI 17:59 ABŞ-İran arasında gizli mesajlaşma davam edir, lakin... 17:09 Şirvan kanalında kişi meyiti TAPILDI 17:20 "Sabah" – "Hapoel" oyununun biletləri satışa çıxarıldı! 17:16 Ekvador sahillərində "kabus gəmi": Balıqçılar silahlı şəxslərin əlinə keçdi! 16:44 Türkiyədə DƏHŞƏTLİ QƏZA: Ölən və yaralananlar var 16:36 Dunay bu həddə qədər qurudu: AES-i işlək saxlamaq üçün qeyri-adi addım atdılar 15:57 Ukraynanın keçmiş prezidenti Bakıya gəldi 15:50 Cəlilabad sakinlərinin DİQQƏTİNƏ! Sabah saat 10:00-dan… 15:37 Husilərə qarşı böyük hücum başladı: 24 saata 181 əməliyyat 15:28 Goranboyda yük maşını qəza törətdi: Yola 1 tona yaxın yanacaq töküldü 15:10 KTMT Ermənistanı sıxışdırır: “Qərar verin!” 14:50 Gənc əsgərlər Vətənə sədaqət andı içdi - VİDEO 14:09 Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ! 14:04 Azərbaycanın daha 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib 13:57 Stolustü tennisçilər Türkiyədən 4 medalla qayıdırlar 13:53 Müdafiə Nazirliyindən general-mayorun ölümü ilə bağlı BAŞSAĞLIĞI 13:41 Abdullah Zubir “Qarabağ”dan ayrıldı 13:23 Həftənin ilk günü hava necə olacaq? 13:10 Şimali Koreya əsgərləri Cənubi Koreyaya keçdi - ATƏŞ AÇILDI 12:52 Sərhəd Qoşunlarının keçmiş komandanı vəfat etdi 12:36 Bakıda daş karxanasında faciə: 65 yaşlı kişi həyatını itirdi 12:15 Türkiyədə təriqət lideri saxlanıldı 11:57 İsraildən “Hizbullah”a ağır zərbə: Yüksək rütbəli komandir öldürüldü 11:45 All News