Qazaxıstan namizədləri Ədliyyə Akademiyasında təcrübə keçdi

Qazaxıstan namizədləri Ədliyyə Akademiyasında təcrübə keçdi
15.12.2025 10:25 Cəmiyyət

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında Qazaxıstandan olan hakimliyə namizədlər üçün iki həftəlik təcrübə proqramı keçirilib.

Bu barədə TodayPress TV-yə Ədliyə Nazirliyindəın məlumat verilib.

Bildirilib ki, 1-12 dekabr tarixlərini əhatə edən təcrübə proqramı Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə Qazaxıstan Respublikası Ali Məhkəmə Şurası yanında Ədalət Akademiyası arasında imzalanmış Əməkdaşlıq memorandumuna əsasən təşkil olunub və 60 akademik saatlıq təlimi əhatə edib.

Məhkəmə-Hüquq Şurasının da dəstəyi ilə təşkil olunan proqram çərçivəsində Qazaxıstandan olan 30 hakimliyə namizəd Azərbaycan məhkəmə sisteminin fəaliyyəti, məhkəmə icraatının təşkili, hüquqi tədqiqat metodları, mediasiya, hakimlərin peşə hazırlığı və rəqəmsal ədliyyə sahəsində müasir yanaşmalarla tanış olub.

Mühazirələr Ali Məhkəmənin, Bakı və Sumqayıt apellyasiya məhkəmələrinin hakimləri, tanınmış hüquqşünaslar və mütəxəssislər tərəfindən təqdim edilib.

Təlimlə yanaşı, iştirakçılar Ədliyyə Nazirliyinin Probasiya xidmətində, Məhkəmə Ekspertizası Mərkəzində, Bakı istintaq təcridxanasında, eləcə də 7 saylı Bakı “ASAN xidmət” mərkəzində, Konstitusiya Məhkəməsində, Ali Məhkəmədə, Bakı Apellyasiya Məhkəməsində, Sumqayıt Məhkəmə Kompleksində və Yasamal rayon məhkəməsində həmin qurumların fəaliyyətləri ilə yaxından tanış olublar.

Təcrübə proqramının sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Təcrübə proqramı Azərbaycan və Qazaxıstan arasında dostluq münasibətlərinin və peşəkar əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, iki ölkənin məhkəmə-hüquq orqanları arasında bilik və təcrübə mübadiləsini dərinləşdirir, gələcək hüquqşünasların peşəkar inkişafına töhfə verir və ədliyyə sahəsində qarşılıqlı əməkdaşlığın davamlı şəkildə genişlənməsinə zəmin yaradır.

Son illərdə bir sıra ölkələrin məhkəmə və hüquq orqanlarının mütəxəssis hazırlanması məqsədilə Ədliyyə Akademiyasına müraciət etməsi Akademiyanın bu sahədə formalaşdırdığı yüksək institusional potensialı təsdiqləyir. Ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, hüquqşünasların peşəkarlığının artırılması və ixtisaslı kadr hazırlanması istiqamətində görülmüş ardıcıl tədbirlər xarici dövlətlərin Azərbaycan təcrübəsinə artan marağını daha da gücləndirib.

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 All News