Qardaş Türkmənistan Respublikasına ilk səfərin təəssüratları...

Qardaş Türkmənistan Respublikasına ilk səfərin təəssüratları...
12.12.2025 10:14 Cəmiyyət

Azərbaycan ilə Türkmənistan arasındakı münasibətlər təkcə coğrafi yaxınlığın deyil, əsrlərin dərin qatlarında formalaşmış ortaq tarixi köklərin, dil və mədəniyyət birliyinin, xalqlarımızın qardaşlıq tellərinin üzərində yüksələn strateji tərəfdaşlıq modelidir. 

Bu münasibətlərin bugünkü səviyyəsi və sabaha yönəlmiş hədəfləri hər iki ölkə rəhbərliyinin qarşılıqlı etimad, mehriban qonşuluq və regional dayanıqlığa əsaslanan siyasəti ilə birbaşa bağlıdır. 

Prezident İlham Əliyevin Türk dünyasında həmrəyliyin və Xəzər regionunda sabitliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi ardıcıl siyasət, eləcə də Türkmənistan Dövlətinin Milli Lideri Qurbanqulı Berdımuhammedovun qardaşlıq və nəcib niyyətlər üzərində qurulan xarici siyasət kursu iki ölkəni strateji tərəfdaşlığın yeni mərhələsinə çıxarmışdır. 

Onların birlikdə formalaşdırdıqları qarşılıqlı anlayış və siyasi iradə sayəsində Azərbaycan–Türkmənistan əməkdaşlığı bu gün regionun ən davamlı və nümunəvi münasibətlərindən birinə çevrilib.

Məhz belə bir möhkəm siyasi zəmin fonunda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və geniş tərkibli Azərbaycan nümayəndə heyətinin 2025-ci ilin dekabrında Türkmənistana səfəri həyata keçirildi. Bu səfər təkcə iki ölkənin dövlət strukturlarının deyil, xalqların da bir-birinə olan yaxınlığını, qədim bağlarını və ortaq gələcəyə yönəlmiş iradəsini daha qabarıq şəkildə nümayiş etdirdi. 

Azərbaycan hökumətinin, parlamentinin və vətəndaş cəmiyyətinin nümayəndələrinin vahid komanda halında çıxış etməsi səfərin həm siyasi, həm humanitar, həm də ictimai baxımdan böyük önəm daşıdığını göstərirdi.

Səfərin ən yaddaqalan məqamlarından biri Leyla Əliyevanın “Müasir Cəmiyyətdə Qadınların Rolu: Beynəlxalq Əməkdaşlığın Davamlı İnkişafı üçün Təşviqi” adlı beynəlxalq konfransda çıxışı idi. Onun hər zaman olduğu kimi məzmunlu, humanist və ilhamverici fikirləri müasir dünyada qadınların rolunun artması, sülh və dialoq mədəniyyətinin gücləndirilməsi, humanitar dəyərlərin qorunması kimi qlobal çağırışların əhəmiyyətini vurğulayırdı. 

Bu çıxış bir daha göstərdi ki, Azərbaycan gender bərabərliyi, ailə dəyərlərinin qorunması, sosial rifah və humanitar siyasət sahəsində, eləcə də sosial rufah, təhkükəsiz dünya və sağlam ətraf mühit məsələlərinə münasibətilə regionda nümunəvi mövqe tutur. 

Konfrans çərçivəsində müxtəlif ölkələrin nümayəndələri ilə aparılan müzakirələr Azərbaycanın bu sahədəki təcrübəsinin beynəlxalq müstəvidə yüksək qiymətləndirildiyini ortaya qoydu.

Səfərin humanitar mahiyyətini daha da genişləndirən ən mühüm hadisələrdən biri Heydər Əliyev Fondu ilə Türkmənistanın Mədəniyyət və Sosial Layihələr üzrə Xeyriyyə Fondu arasında Anlaşma Memorandumunun imzalanması oldu. Bu nüfuzlu tədbirə ev sahibliyi edən Fondun vitse-prezidenti Oğulcahan Atabayeva sənədin iki ölkənin sosial sahədə birgə fəaliyyətinə verəcəyi töhfəni xüsusi vurğuladı. 

Onun Leyla Əliyeva ilə birlikdə imzaladığı sənəd uşaq sağlamlığı, sosial müdafiə və xeyriyyə proqramları sahəsində yeni əməkdaşlıq istiqamətlərinin açılmasına xidmət edəcək və humanitar əlaqələrin daha da dərinləşməsinə zəmin yaradacaq. 

Bu addım həm də iki ölkənin yalnız siyasi və iqtisadi deyil, insan taleyinə toxunan sahələrdə də bir-birini dəstəklədiyini nümayiş etdirən rəmzi hadisə kimi yadda qaldı.

Mədəni və ictimai diplomatiya müstəvisində keçirilən tədbirlər Azərbaycan–Türkmənistan dostluğunun necə canlı və zəngin olduğuna parlaq sübut oldu. “Galkynysh” Milli At Oyunları ansamblının təqdimatları, türk xalqlarının qədim mədəni qatlarını yaşadan musiqi və rəqs nümunələri, türkmən mətbəxinin zənginliyini əks etdirən sərgilər ortaq irsimizin xalqlarımızı bir-birinə daha da yaxınlaşdıran qüvvə olduğunu göstərdi. 

Bu yumşaq diplomatiya modeli dövlətlərarası münasibətləri ictimai səviyyədə daha dayanıqlı edir, hər iki tərəfdə mədəni bağlara əsaslanan qarşılıqlı anlayışı möhkəmləndirir.

Səfərin siyasi müstəvisi də xüsusi diqqət çəkirdi. Azərbaycan nümayəndələrinin çıxışları və görüşləri göstərirdi ki, bu münasibətlər yalnız cari dövrə deyil, uzunmüddətli strateji hədəflərə hesablanmışdır. Prezident İlham Əliyevin və Milli Lider Qurbanqulı Berdımuhammedovun müəyyən etdikləri siyasi xətt regionda sabitliyi, əməkdaşlığı və qarşılıqlı inkişafı əsas prioritet kimi nəzərdə tutur.

Bu kontekstdə Türkmənistanın Daimi Neytralitetinin 30 illiyinə həsr olunmuş möhtəşəm yubiley tədbirlərində Azərbaycanın Baş Nazirinin iştirakı xüsusi əhəmiyyət kəsb edir. Bu iştirak ölkəmizin Türkmənistanın neytralitet siyasətinə verdiyi yüksək dəyərin, eləcə də iki dövlət arasında siyasi dialoq və qarşılıqlı hörmətin yüksək səviyyədə olduğunu göstərən əyani subutudur.

Vətəndaş cəmiyyəti nümayəndələrinin irəli sürdüyü yeni təşəbbüslər və layihələr iki ölkənin əlaqələrinin yalnız rəsmi diplomatiya çərçivəsində deyil, geniş ictimai müstəvidə də inkişaf etdiyini, Azərbaycan və Türkmənistan arasında yeni, çoxformatlı və çoxqatlı əməkdaşlıq modelinin formalaşmasını nümayiş etdirdi. 

Bütün bu addımlar və təşəbbüslər göstərir ki, Azərbaycan və Türkmənistan münasibətləri artıq daha fəal, daha səmimi və daha dayanıqlı bir tərəfdaşlıq mərhələsinə qədəm qoyur. Bu tərəfdaşlığın ideya və siyasi təməlini Prezident İlham Əliyev və Milli Lider Qurbanqulı Berdımuhammedovun məqsədyönlü siyasəti, xalqlarımızın qədim dostluq duyğuları və humanist dəyərlərə söykənən ortaq baxışları təşkil edir.

Bahar Muradova 

Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

PHOTOS

Qardaş Türkmənistan Respublikasına ilk səfərin təəssüratları... — 1
Qardaş Türkmənistan Respublikasına ilk səfərin təəssüratları... — 2
Qardaş Türkmənistan Respublikasına ilk səfərin təəssüratları... — 3
Qardaş Türkmənistan Respublikasına ilk səfərin təəssüratları... — 4
Qardaş Türkmənistan Respublikasına ilk səfərin təəssüratları... — 5
Qardaş Türkmənistan Respublikasına ilk səfərin təəssüratları... — 6
Qardaş Türkmənistan Respublikasına ilk səfərin təəssüratları... — 7
NEWS FEED
01 AUGUST 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 All News