“Qarabağ”ın nümayəndələri Yeni Robotik Reabilitasiya Mərkəzində

“Qarabağ”ın nümayəndələri Yeni Robotik Reabilitasiya Mərkəzində
28.11.2025 11:40 Cəmiyyət

“Qarabağ” Futbol Klubunun nümayəndələri Yeni Klinikanın nəzdində fəaliyyət göstərən Yeni Robotik Reabilitasiya Mərkəzinə təşkil edilən infoturda iştirak edib.

TodayPress TV xəbər verir ki, baş məşqçi Qurban Qurbanovun rəhbərlik etdiyi komanda heyətinin iştirakı ilə baş tutan infoturda TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Yeni Klinikanın direktoru Barat Yusubov və Yeni Robotik Reabilitasiya Mərkəzinin rəhbəri Pərvin Əkbərov iştirak edib.

Mərkəzlə tanışlıq zamanı P.Əkbərov Mərkəzdə tətbiq olunan müasir reabilitasiya texnologiyaları, xüsusilə idman zədələrinin bərpası və idmançıların performans reabilitasiyası sahəsində istifadə olunan innovativ avadanlıqlar barədə geniş təqdimatla çıxış edib. O, mərkəzdə mövcud olan robotik sistemlərin, yüksək dəqiqlikli analiz cihazlarının və fərdi proqramlaşdırılmış reabilitasiya metodlarının idmançıların daha sürətli və effektiv bərpasına imkan yaratdığını xüsusi vurğulayıb.

Komanda üzvləri mərkəzin imkanları ilə yaxından tanış olaraq bir sıra avadanlıqları praktiki şəkildə sınaqdan keçiriblər. Onlar avadanlıqların funksionallığı, reabilitasiya prosesinə verdiyi üstünlüklər və idman performansının yaxşılaşdırılmasında rolu ilə bağlı mütəxəssislərdən ətraflı məlumat alıblar.

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 All News