Qadınların pensiya yaşı dəyişə bilər? - Mövzu müzakirəyə çıxarıldı

Qadınların pensiya yaşı dəyişə bilər? - Mövzu müzakirəyə çıxarıldı
26.05.2026 15:03 Cəmiyyət

Azərbaycanda qadınların pensiya hüquqları ilə bağlı müzakirələr davam edir. Belə ki, deputat Vüqar Bayramov Milli Məclisin plenar iclasında qadınların pensiya kapitalına xüsusi əmsalların tətbiq olunmasını və tək qadınların daha tez pensiyaya çıxmasına imkan yaradılmasını təklif edib. 

Mövzuya münasibət bildirən sosioloq Üzeyir Şəfiyev TodayPress TV-yə bildirib ki, əlavə güzəştlərdən daha çox, qadınların övlad baxımı səbəbindən itirdiyi əmək stajı məsələsi həll edilməlidir. 


Onun fikrincə, xüsusilə evdar və rəsmi işləməyən qadınların uşağa baxdığı illər pensiya hesablanarkən nəzərə alınmalıdır:

"Deputatın səsləndirdiyi təklifləri tam bölüşmürəm. Amma hesab edirəm ki, qadınların uşağa baxdığı dövr, ən azı uşağın 3 yaşı tamam olana qədər olan müddət əmək stajı kimi qəbul edilməlidir. Bu, xüsusilə işləməyən evdar xanımların gələcəkdə pensiya hüququ əldə etməsi baxımından vacibdir".

Sosioloqun sözlərinə görə, Azərbaycanda minlərlə qadın ailə və övlad məsuliyyətinə görə əmək bazarından kənarda qalır və nəticədə yaşlı dövrdə sosial təminat problemi ilə üzləşir:

"Bu qadınlar faktiki olaraq cəmiyyət üçün sosial missiya yerinə yetirirlər. Övlad böyütmək, ailəyə qayğı göstərmək böyük sosial yükdür. Amma rəsmi əmək fəaliyyəti olmadığı üçün onların pensiya hüquqları formalaşmır. Halbuki həmin müddətin staj kimi tanınması sosial ədalət baxımından daha doğru yanaşma olar".

Ekspert hesab edir ki, belə mexanizm həm qadınların gələcək sosial müdafiəsini gücləndirər, həm də ailə institutunun qorunmasına müsbət təsir göstərə bilər.

Qeyd edək ki, Azərbaycanda 2026-cı iyulun 1-dən qadınların pensiya yaşı 65 olacaq. 

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 All News