"Qaçqınkom" yanında İctimai Şuranın cari ildə ilk iclası keçirildi

"Qaçqınkom" yanında İctimai Şuranın cari ildə ilk iclası keçirildi
17.02.2026 10:50 Cəmiyyət

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın 2026-cı ildə ilk geniş tərkibli iclası keçirilib.

Dövlət Komitəsindən TodayPress TV-yə verilən xəbərə görə, iclasda Şuranın ötən il seçilmiş tərkibdə gördüyü işlərin nəticələri, Böyük Qayıdışın səmərəli təşkilində iştirakı və qarşıda duran vəzifələr müzakirə edilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi prosesi 2026-cı ildə özünün ən dinamik mərhələsinə qədəm qoyub. Bildirilib ki, "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində artıq on minlərlə soydaşımız öz ata-baba yurdlarında daimi məskunlaşdırılması təmin edilib.

Dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş şəhər və kəndlərə səfərləri, tikinti-quruculuq işlərini şəxsi nəzarətdə saxlamaları qayıdış prosesinin sürətini və keyfiyyətini təmin edən əsas amil kimi dəyərləndirilib. Bu diqqətin qayıtmağa hazırlaşan və artıq məskunlaşan vətəndaşlarda dərin minnətdarlıq və böyük ruh yüksəkliyi yaratdığı xüsusi qeyd edilib.

Böyük Qayıdışın səmərəliliyinin təmin edilməsində ictimai iştirakçılığın artırılması məsələsi iclasda əsas mövzulardan biri olub. Müzakirələr zamanı 2026-cı il üçün aşağıdakı prioritet istiqamətlər müəyyən edilib:

- Şura üzvlərinin həm müvəqqəti məskunlaşma yerlərində, həm də artıq bərpa edilmiş ərazilərdə sakinlərlə mütəmadi görüşlərinin keçirilməsi;

- Prosesin şəffaflığını təmin etmək məqsədilə müasir informasiya-kommunikasiya vasitələrindən və innovativ platformalardan geniş istifadə edilməsi;

- Qayıdan əhalinin iqtisadi fəallığının artırılması və sosial adaptasiyası üçün təkliflərin hazırlanması.

İclasda iştirak edən Dövlət Komitəsinin sədri Rövşən Rzayev səmərəli və obyektiv fəaliyyətlərinə görə Şura üzvlərinə təşəkkür edib. Komitə sədri bildirib ki, ictimaiyyət nümayəndələrinin rəy və təklifləri dövlət qurumları tərəfindən yüksək qiymətləndirilir və qərarların qəbulu zamanı nəzərə alınır. Vurğulanıb ki, 2026-cı il ərzində daha çox keçmiş məcburi köçkün ailəsinin işğaldan azad edilmiş ərazilərdə bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrinə köçürülməsi planlaşdırılır və bu müqəddəs missiyada dövlət-vətəndaş cəmiyyəti əməkdaşlığı həlledici əhəmiyyət kəsb edir.

Komitə sədri Şura üzvlərinin rəy və təkliflərini dinləyib, onların suallarını cavablandırıb.

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 All News