Psixoloqdan DEPUTATA: "300 manatla bir uşağı necə saxlamaq olar?!”

Psixoloqdan DEPUTATA: "300 manatla bir uşağı necə saxlamaq olar?!”
04.03.2026 15:16 Cəmiyyət

Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, boşanmaların sayı artır və bir çox qadın məqsədli şəkildə ilk uşaq dünyaya gələndən sonra aliment almaq üçün boşanır. 

Psixoloq Samirə Bağırova millət vəkilinin fikirlərini TodayPress TV-yə şərh edərkən bildirib ki, “burada “toxun acdan xəbəri olmaz” deyimi yerinə düşür:

“Bir var yalnız statistikaya əsasən boşanma faktorunu görmək, bir də var sosial məsələlərin içində olmaq, dərindən maraqlanmaq, araşdırmaq və fikir bildirmək. 

Fazil Mustafa qeyd edir ki, qadın aliment almaq üçün boşanır. Əgər bir qadın sırf bu məqsədlə boşanırsa, demək ki, kişi maddi cəhətdən ailəni sıxıntıda saxlayır və üstəlik, qısqanclıq səbəbindən xanımının işləməyinə icazə vermir.  

Ailə dolandıra bilməyən və yetkin yaşa çatmış bir kişi niyə ailə məsuliyyətini dərk etmədən evlənir? Cavab: cinsi istəyini daha rahat şəkildə təmin etmək üçün”.

Psixoloq vurğulayıb ki, qızlar demək olar ki, ailə və uşağa sahib olmaq arzusunda olurlar: 

“Müasir dünya qaydalarına görə, bu gün təhsil, iş və karyera birinci pillədə, ailə ikinci planda olsa da, yenə də önəmlidir. Çünki bu günün qadını nənələr, xalalar və anaları kimi maddi çətinliyi, “kişi əlinə baxmağı”, şiddət və təhqiri qəbul etmir. Qadın hüquqları inkişaf etdikcə, öz gücünə arxayın olmağa başlayıb və hər hansı bir kişinin ödədiyi alimentdən, bəzən daha çox qazanmağa qadirdir.

Sual yaranır: Azərbaycanın ortalama maaşı və aliment qanununa əsas məbləği nəzərə alsaq, aylıq təxminən 300-350 manat aliment tək bir uşağın yeməyi, geyimi, təhsili və xəstələndikdə dərman xərclərini qarşılaya bilərmi? Fazil Mustafadan bunu soruşmaq lazımdır”.

Samirə Bağırova qeyd edib ki, heç bir qadın xoşbəxt olduğu yuvasından getmir:

“Amma cahil sayının çoxluğunu nəzərə alsaq, tutalım, hansısa Aran zonasında və ya qəsəbədə maddi çətinlik çəkən bir qadın deputatların “qadın aliment almaq üçün boşanır” kimi fikirlərinə uyaraq boşanmağa məcbur qala bilər. Bu, qaçınılmaz bir faktordur”.

Türkan İsgəndərli

NEWS FEED
01 AUGUST 2026
Kiyevdə dəhşətli zərbə - raket zavodları hədəfə alındı 22:07 İtaliyada son 40 ilin ən güclü zəlzələsi - Xəsarət alanlar var 21:46 Miqrasiya böhranı böyüyür - İrlandiya TƏCİLİ iclas çağırdı 21:58 ABŞ-dən 50 ölkə üçün yeni viza qərarı: 20 min dollar ödəməli olacaqlar 21:44 İsrail ordusu ən yüksək hazırlıq vəziyyətinə gətirildi 21:30 İlham Əliyevdən Nəriman Həsənzadənin ölümü ilə bağlı paylaşım 21:22 İraq İordaniyaya girəcək - TƏCİLİ xəbərdarlıq edildi 21:12 Tofiq Musayev UFC-də qələbə qazandı 20:54 Bu ölkələr vətəndaşlarını dərhal İrandan çıxmağa çağırdı - TƏCİLİ 20:33 İran Yaxın Şərqi təhdid etdi - VİDEO 20:28 Bu gün bəzi ölkələrdə normal həyatın son gecəsi olacaq - İrandan XƏBƏRDARLIQ 20:23 İspaniya Avropa İttifaqı ölkələrini “eqoistlik”də günahlandırdı 19:59 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 19:46 Misirdəki ABŞ səfirliyi vətəndaşlarına Yaxın Şərqi dərhal tərk etməyi tapşırdı 19:34 ABŞ İsraili İran raketlərindən qoruya bilməyəcək? - Rəsmən açıqlandı 19:17 Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 All News