Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı oldu

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı oldu
18.12.2025 10:04 Cəmiyyət

Bu ilin əvvəlində Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxt məktəbliləri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktiki konfranslar keçirilib.

Bu barədə TodayPress TV-yə Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən məlumat verilib.

Bu konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri  barədə öz elmi məqalələri ilə çıxış ediblər. Yekun konfransda rayonlar üzrə təqdim olunan işlərin ən yaxşıları seçilərək kitab şəklində çap olunması qərara alınıb. Bu gün artıq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən  qalib elan edilən mövzulardan ibarət «Heydər Əliyev və Azərbaycan tarixi» adlı növbəti kitab işıq üzü görüb.

Bakı Şəhər İcra Hakimiyyətində aparatın məsul işçilərinin, qalib seçilmiş məktəblilərin, onların elmi rəhbərlərinin, bir sıra məktəblərin rəhbərlərinin, KİV nümayəndələrinin iştirakı və şagirdlərin özlərinin aparıcılığı ilə keçirilən   təqdimat mərasiminin əvvəlində Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ərazi  bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirin əvvəlində şagirdlər tariximizin müxtəlif dövrlərində mühüm rol oynamış böyük tarixi şəxsiyyətlərin obrazlarını canlandırıblar.

Təqdimat mərasimində çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçı Eldar Əzizov  bildirib ki, min illik tarixi ərzində Azərbaycan ilk dəfədir ki, cənab Prezident İlham Əliyevin hakimiyyəti dövründə planetin ictimai-siyasi sistemində nüfuzlu oyunçu kimi çıxış edir, mədəni-idman həyatında artıq qəbul edilən əhəmiyyətli mərkəzə çevrilib. Butün əldə edilən bu uğurların əsasında da dahi insanın, İlham Əliyevin şəxsiyyət faktoru dayanır. Qədim zamanlarda Azərbaycanda mövcud olan xanlıqlıqlar qısa müddət yaşayıb, birləşə bilməyərək parçalanıb və süquta uğrayıblar. İndi isə Azərbaycan vahid dövlətdir.

Məhz Bakı şəhərinin dünən 2026-ci ilin  "Dünya İdman Paytaxtı" elan olunması buna əyani sübutdur. Bütün bu uğurların gənc nəslə təbliği mühüm əhəmiyyət kəsb edir.

Konfransda Səbail rayonu, 329 nömrəli tam orta məktəbin direktoru Elnur Mirzəyev, Nəsimi rayonu, 111 nömrəli tam orta məktəbin tarix müəllimi Natəvan Məmmədova, Səbail rayonu 132-134 nömrəli Təhsil Kompleksinin 10-cu sinif şagirdi Nurlanə Həsənli və başqaları çıxış edərək məktəblilərin, müəllimlərin bu layihəyə böyük maraq göstərdiklərini və həvəslə iştirak etdiklərini bildirdilər. 

Qeyd olunub ki, konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan tarixindəki rolu, Vətən müharibəsində qazanılan Şanlı Qələbə barədə öz elmi məqalələri ilə çıxış edib, son nəticədə isə belə bir kitab işıq üzü görüb. 

Ümumilikdə isə, Bakı şəhərinin 300-dən artıq orta məktəbini əhatə etməklə 3000-dən çox şagirdin iştirak etdiyi rayon konfranslarında qalib olan 80 şagirdin referatları Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə çap olunan yeni kitaba daxil edilib. 

Tədbirin sonunda qalib şagirdlərə sertifikatlar və referatları çap edilən kitablar, həmçinin onların elmi rəhbəri olan müəllilərə də kitablar təqdim edilib.

Ənənəvi xarakterli bu müsabiqənin növbəti illərdə də keçirilməsi nəzərdə tutulub.

TodayPress TV

PHOTOS

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı oldu — 1
Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı oldu — 2
Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı oldu — 3
Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı oldu — 4
Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı oldu — 5
Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı oldu — 6
Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı oldu — 7
Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı oldu — 8
NEWS FEED
16 JUNE 2026
Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edildi 15:10 Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 All News