Ortada suallar var: 16 yaşlı yeniyetməyə necə nəzarət olunacaq?

Ortada suallar var: 16 yaşlı yeniyetməyə necə nəzarət olunacaq?
09.06.2026 14:48 Cəmiyyət

Uşaqların sosial şəbəkələrdən istifadəsinin tənzimlənməsi ilə bağlı yeni qanun layihəsi ictimai müzakirəyə təqdim edilib. Layihəyə görə, dövlət tərəfindən müəyyən ediləcək sosial şəbəkə platformalarında 16 yaşadək uşaqlar üçün hesab açılması qadağan olunur. Qanun qüvvəyə mindikdən sonra mövcud hesablar da yoxlanılacaq və yaş təsdiqlənmədiyi halda həmin hesablar silinəcək.

16-18 yaş arası istifadəçilər üçün isə ayrıca rejim nəzərdə tutulur. Bu yaş qrupunda valideyn razılığı, valideyn nəzarəti, xüsusi təhlükəsizlik tədbirləri, məzmun və reklam məhdudiyyətləri, geolokasiyanın məhdudlaşdırılmas tətbiq ediləcək. Qanunun təsir dairəsinə əsasən "Instagram", "Facebook", "TikTok", "X", "Snapchat" və digər oxşar sosial şəbəkələr daxil olacaq.

Həmin platformaların Azərbaycanda nümayəndəlik və ya filial açması da tələb olunur. Tələblərə əməl etməyən platformalar üçün 100 min və 300 min manatlıq maliyyə sanksiyaları və bloklanma kimi tədbirlər nəzərdə tutulur.

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "Facebook"dakı paylaşımında bu mövzunun, əslində, dünyada yeni olmadığını yazıb.


O bildirib ki, son 15-20 ildə bir çox inkişaf etmiş ölkələrdə uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı müxtəlif yanaşmalar müzakirə və tətbiq olunub. Avstraliya, Fransa, Böyük Britaniya və bir sıra Avropa ölkələri bu istiqamətdə fərqli modellər tətbiq edir və ya müzakirələr aparırlar:

"Maraqlıdır ki, beynəlxalq müzakirələrdə əsas konsensus daha çox 13 yaşadək uşaqların qorunması ətrafında formalaşıb. Ən çox mübahisə doğuran məsələ isə məhz 16-18 yaş qrupudur. Çünki bu gün Azərbaycanda da 17 yaşlı gənclər arasında hətta Aİ ilə biznes quranalar, proqramlaşdırma ilə məşğul olanlar, startap quranlar və pul qazananlar, beynəlxalq olimpiadalarda, hakatonlarda və qlobal layihələrdə iştirak edənlər az deyil. Bir çox hallarda onların rəqəmsal bacarıqları valideynlərindən daha yüksəkdir".

İndi sual yaranır: bu gənclər sosial şəbəkələrə valideyn razılığı iləmi daxil olacaqlar?

Onların istifadə vaxtına və məzmun seçiminə valideyn nəzarəti necə tətbiq ediləcək? Bu yanaşma onların rəqəmsal inkişafını və beynəlxalq rəqabət imkanlarını məhdudlaşdırmayacaqmı? Məhdudiyyətlərlə üzləşən bizim 16-18 yaşlı gənclərimiz daha sərbəst rəqəmsal mühitdə böyüyən xarici həmyaşıdları ilə eyni səviyyədə rəqabət apara biləcəklərmi?

O.Gündüzün sözlərinə görə, qanunun məqsədi uşaqları qorumaqdır və bu, təqdirəlayiq yanaşmadır. Lakin müasir dövrün reallıqları, rəqəmsal iqtisadiyyatın tələbləri, ölkələrin rəqabətə davamlılığı və gənclərin inkişafı da nəzərə alınmalıdır:

"Məncə, 13 yaşadək uşaqlara münasibətdə daha sərt məhdudiyyətlər əsaslandırılmış görünür. 13-15 yaş qrupu üçün daha yumşaq və mərhələli yanaşma tətbiq oluna bilər. Ən çox müzakirəyə ehtiyac olan hissə isə məhz 16-18 yaş qrupudur Burada həm qanunun işləkliyi, bu yaş qrupuna daxil olanların rəqəmsal müstəqilliyi, həm VPN və digər texniki vasitələrlə məhdudiyyətlərin aşılması, həm də valideynlərdən daha yüksək rəqəmsal savada malik gənclərə bu nəzarətin necə tətbiq ediləcəyi suallar doğurur. Digər tərəfdən, qlobal platformaların Azərbaycanda nümayəndəlik açmaqda nə dərəcədə maraqlı olacağı və yaş yoxlamasının praktikada necə işləyəcəyi də açıq qalan məsələlərdir".

Ekspert düşünür ki, ictimai müzakirələr zamanı xüsusilə 16-18 yaş qrupu ilə bağlı müddəalar daha dərindən təhlil edilməli, uşaqların təhlükəsizliyi ilə onların rəqəmsal inkişafı arasında optimal balans tapılmalıdır.

Qiymət Mahir

NEWS FEED
16 JUNE 2026
ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başladı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 All News