Ombudsman "Şuşa - Tarixi-mədəni irs" kitabının təqdimat mərasimində iştirak etdi

Ombudsman "Şuşa - Tarixi-mədəni irs" kitabının təqdimat mərasimində iştirak etdi
03.10.2025 17:14 Cəmiyyət

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə keçirilmiş professor Elçin Əhmədovun "Şuşa - Tarixi-mədəni irs" kitabının təqdimat mərasimində iştirak edib.

TodayPress TV xəbər verir ki, tədbirdə çıxışı zamanı Müvəkkil Azərbaycanın və bütövlükdə türk dünyasının tarixində xüsusi yeri olan Şuşanın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində işğaldan azad edildiyini bildirib.

Ombudsman dövlət başçısının imzaladığı müvafiq Sərəncamla 2022-ci ilin “Şuşa İli” elan edilməsinin bu şəhərin xalqımız üçün daşıdığı tarixi və mənəvi dəyərin bariz göstəricisi olduğunu qeyd edib.

Səbinə Əliyeva postmüharibə dövründə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Şuşada bərpa və yenidənqurma işlərinin uğurla həyata keçirildiyini söyləyib.

Müvəkkil, həmçinin vurğulayıb ki, TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi bu şəhərin beynəlxalq səviyyədə daşıdığı əhəmiyyətin təsdiqidir.

Ombudsman professor Elçin Əhmədovun bu gün təqdimatı keçirilən “Şuşa – Tarixi Mədəni İrs” kitabında Şuşanın zəngin tarixi, strateji və mədəni əhəmiyyətinin elmi əsaslarla geniş işıqlandırıldığını diqqətə çatdırıb. O, kitabın Şuşa haqqında tarixi həqiqətlərin yerli və beynəlxalq auditoriyaya çatdırılmasına mühüm töhfə verəcəyini qeyd edib.

Təqdimat mərasimindən sonra Ombudsman Səbinə Əliyeva sərgidə hazırlanmış stendlərlə tanış olub.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 Bütün Xəbərlər