Ölülər xəstəlik yayır - meyitlərimizi yandırmalıyıq?

Ölülər xəstəlik yayır - meyitlərimizi yandırmalıyıq?
10.07.2026 11:45 Cəmiyyət

Dəfn insan həyatında  həm dini, həm də mənəvi baxımdan mühüm yer tutur.

Dünyada dəfnin müxtəlif formaları mövcuddur. Ən geniş yayılmış üsul torpağa dəfndir. İslamda meyidin torpağa tapşırılması müqəddəs sayılır.  Bu zaman meyit tabutla və ya kəfənlə torpağa tapşırılır.Bir sıra ölkələrdə kremasiya, yəni meyidin yüksək temperaturda yandırılması da tətbiq olunur. Bu halda kül ya xüsusi qabda saxlanılır, ya torpağa basdırılır, ya da başqa qaydada yerləşdirilir.Bəzi ölkələrdə və dənizçilik ənənəsi olan cəmiyyətlərdə dənizdə dəfn həyata keçirilir. Tibet və bəzi digər bölgələrdə isə dini inanclara uyğun olaraq "səma dəfni" tətbiq edilir və meyit təbiətə buraxılır.Bundan başqa, bəzi ailələr meyitləri kripta və ya məqbərələrdə dəfn edir.

Son illərdə isə ekoloji baxımdan daha uyğun hesab edilən təbii (yaşıl) dəfn üsulu da yayılmağa başlayıb. Bu zaman kimyəvi maddələrdən və beton konstruksiyalardan istifadə edilmir, meyit təbii şəkildə torpağa qovuşur.

Amma bu məsələyə sağlamlıq baxımından da yanaşmaq lazımdır.

Tibbi baxımdan meyidin yandırılması (kremasiya) ən təhlükəsiz üsuldur. Çünki yüksək temperatur virus və bakteriyaları tam məhv edir, torpaq və yeraltı suların çirklənməsi riskini azaldır.

Amma dini inanclara görə bu üsul müsəlman cəmiyyətlərində qəbul edilmir.

Dağlıq rayonlarda, o cümlədən İsmayıllıda qəbiristanlıqların adətən dağın təpəsində və ya hündür ərazilərdə salınmasına üstünlük verilir. Bu, ilk baxışdan məntiqli görünür. Çünki dağlıq ərazilərdə düzənlik sahələr məhdud olur, hündür yerlər isə sel və daşqın riskindən daha yaxşı qorunur. Ancaq nəzərə almaq lazımdır ki, yağış və qar suları torpağa hoparaq aşağı istiqamətdə hərəkət edir. Buna görə də qəbiristanlıq salınarkən təkcə hündürlük deyil, yeraltı suların axın istiqaməti və torpağın xüsusiyyətləri də mütləq nəzərə alınmalıdır.

Bəzi bakteriyalar, xüsusilə sibir yarası kimi xəstəliklərin sporları torpaqda uzun illər qala bilir. Buna görə köhnə dəfn yerlərində tikinti və qazıntı işləri aparılarkən xüsusi ehtiyat tədbirləri görülür.

Mütəxəssislər hesab edirlər ki, qəbiristanlıqlar düzgün planlaşdırılmalı, içməli su mənbələrindən kifayət qədər uzaqda yerləşdirilməli və su mənbələri mütəmadi yoxlanılmalıdır.

Belə olduqda həm dini ənənələr qorunur, həm də insanların sağlamlığı təhlükəyə atılmamış olur. 

Jalə Rövşən 

NEWS FEED
10 JULY 2026
İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi 20:58 İran danışıq iddialarını təkzib etdi 20:54 Goranboyda ağır qəza: Xəsarət alanlar arasında azyaşlılar da var 20:38 Vuçiç istefa verəcəyi tarixi AÇIQLADI 20:33 Crescent Mall-da həyəcan siqnalı - VİDEO 20:11 Tramp əmr verdi: “Mənə nəsə olsa…” 20:01 Qarabağın keçmiş rəhbərləri özlərini təqsirli bilmədi - Məhkəmədə nə baş verdi? 19:50 ABŞ-İran danışıqlarının keçiriləcəyi ölkə MƏLUM OLDU 19:43 Bu ölkə nüvə silahının onlayn satışına qadağa qoydu 19:38 Qətərli vasitəçilər TƏCİLİ Tehrana yollandı 19:18 Ərdoğan NATO liderlərinə niyə tapança hədiyyə etdi? 19:12 Tramp: “İranla atəşkəs tamamilə bitdi” 19:05 Parlamentin növbədənkənar iclasında bu məsələlər müzakirə olunacaq - SİYAHI 18:47 Lyayen Ərdoğanın hədiyyəsini istifadəyə yararsız hala salacaq 18:39 Azərbaycanda gizlənən şəxslərin planı yarımçıq qaldı 18:33 Tramp daha bir türk ölkəsinə dəvət aldı 18:24 Mbappe Fransa millisindən danışdı: “Ən güclü komanda deyilik” 18:19 ABŞ İsrailə icazə vermir - Netanyahu kənarda qaldı 18:06 "Barselona" Alvares üçün 130 milyon avro təklif edəcək 17:51 Silah sənayesində dizayn inqilabı: KRISS Vector və onun unikal imkanları 17:49 "Müəllim dedi şikayətini geri götür, kömək edəcəm, sonra isə..." – UNEC tələbəsi imtahana buraxılmadı 17:35 Azərbaycan futbolunda 13 il sonra tarixi uğur təkrarlandı 17:30 Tramp çox çılğındır, o rəqiblərini dəli edir - Bolton sirri açdı, nə açdı... 17:08 Bakıda 6 marşrutun hərəkəti dəyişdi 17:12 20 ildən sonra Fələstinin taleyini dəyişdirəcək qərar açıqlandı 16:49 All News