Oktyabr ayında havanın temperaturu normadan yuxarı olub

Oktyabr ayında havanın temperaturu normadan yuxarı olub
03.11.2025 11:14 Cəmiyyət

2025-ci ilin oktyabr ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 27 gün normadan yuxarı (0.1- 6 dərəcə), 4 gün isə normadan aşağı (1.4-2 dərəcə) olub.

TodayPress TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov məlumat verib.

Onun sözlərinə görə, orta aylıq temperatur 18.7 dərəcə isti olub ki, bu da iqlim normasından 2.6 dərəcə yuxarıdır, oktyabr ayında havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında oktyabrın 9-u və 12-si 26.6 dərəcə, bölgələrdə isə (Ordubad) oktyabrın 9-u 34.4 dərəcəyə qədər yüksəlib. Havanın minimal temperaturu isə Bakıda və Abşeron yarımadasında oktyabrın 31-də 6.4 dərəcə isti (Maştağa), yüksək dağlıq ərazilərdə isə oktyabrın 31-də 6.1 dərəcə şaxta (Şahdağ) qeydə alınıb.

Oktyabr ayının bəzi günlərində fasilələrlə yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub, yüksək dağlıq ərazilərə qar yağıb. Qar örtüyünün maksimal hündürlüyü Qrızda (Quba) 10 sm qeydə alınıb. Bölgələrdə 26 gün yağıntılı hava şəraiti müşahidə olunub. Ən çox yağıntı aylıq normanın 107 faizi olmaqla Quba-Qusar zonasına (68.4 mm) düşüb.

Nazim Mahmudov qeyd edib ki, oktyabr ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq 9 xəbərdarlıq (sarı və narıncı) verilib. Bakıda və Abşeron yarımadasında 9 gün, bölgələrdə isə 15 gün küləkli hava şəraiti müşahidə olunub, küləyin maksimal sürəti 28 m/s-dək güclənib.

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 All News