Naxçıvanda erkən evliliyin qarşısı alındı

Naxçıvanda erkən evliliyin qarşısı alındı
03.06.2025 20:10 Cəmiyyət

Naxçıvanda erkən evliliyin qarşısı alınıb.

Bu barədə TodayPress TV xəbər verir ki, bunu Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən "Apa" ya bildirilib.

Qeyd olunub ki, komitə tərəfindən erkən nikahla mübarizə istiqamətində tədbirlər davam etdirilir. 04.05.2000-ci il təvəllüdlü Şahbuz rayon Gömür kənd sakini A.C (ad və soyad şərtidir) tərəfindən 08.08.2008-ci il təvəllüdlü Şahbuz rayonu Gömür kənd sakini yetkinlik yaşına çatmayan şəxs Z.A (ad və soyad şərtidir) qaçırılaraq erkən evliliyə cəhd ediblər.

Həmin məlumatlar əsasında Naxçıvan Muxtar Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı və Şahbuz Rayon İcra Hakimiyyətində yaradılmış Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu üzvlərinin iştirakı ilə məsələ yerindəcə araşdırılıb və tərəflərin yaşadığı ünvana baxış keçirilib, valideynləri ilə qanunamüvafiq söhbətlər aparılaraq uşaq hüquqlarını pozan bu halların qanunvericiliyin tələblərinə zidd olduğu diqqətə çatdırılıb.

Beləliklə də, aid təşkilatların nümayəndələrinin səyi nəticəsində erkən evliliyin qarşısı alınıb.

Aidiyyəti dövlət orqanları ilə birlikdə tərəfimizdən həyata keçirilən müvafiq proseslərdən sonra yetkinlik yaşına çatmayan şəxs Z.A (ad və soyad şərtidir) ailəsinin yanına qaytarılıb.

XƏBƏR LENTİ
16 IYUN 2026
Pensiyalar rayonlarda bu tarixdə ödəniləcək 15:52 Rusiya imperiyasının çöküşü başlandı: Ermənistan belə hörmətsizlik etdi 15:51 AZAL bu istiqamətdə ilk uçuşunu həyata keçirdi 15:39 Aylar sonra ilk dəfə - Zelenski və Tramp görüşdü 15:35 Medina “Qarabağ”dan getdi 15:30 Ermənistanda Türk görənlərin reaksiyası - VİDEO 15:18 Cimidən müsəlmanlara təhqir: sizi doğrayıb, torpağa basdıracağıq! 15:16 Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edildi 15:10 Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Bütün Xəbərlər