“Milli Suverenlik və Hüquqi Təminatlar: Prokurorluğun Rolu” mövzusunda seminar keçirildi

“Milli Suverenlik və Hüquqi Təminatlar: Prokurorluğun Rolu” mövzusunda seminar keçirildi
13.06.2025 16:39 Cəmiyyət

İyunun 13-də Kürdəmir şəhərində “Milli Suverenlik və Hüquqi Təminatlar: Prokurorluğun Rolu” mövzusunda seminar təşkil olunub. Tədbirdə 12 regiondan prokurorluq əməkdaşları, qeyri-hökumət təşkilatlarının nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

TodayPress TV xəbər verir ki, Kürdəmir rayon prokuroru Tural İbrahimov giriş nitqində bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası dövlət suverenliyinin möhkəmləndirilməsi və hüquq sisteminin inkişafı üçün əsas hüquqi sənəddir.

O vurğulayıb ki, Ulu öndər Heydər Əliyev bu sənədin hazırlanması və qəbulunda böyük rol oynayıb.

Prezident İlham Əliyevin rəhbərliyi altında hüquqi islahatların uğurla davam etdirildiyini qeyd edən Tural İbrahimov, dövlət suverenliyinin qorunması və qanunvericiliyin təkmilləşdirilməsi sahəsində prokurorluğun vacib rolunu xüsusi vurğulayıb.

Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov çıxışında bildirib ki, Konstitusiyada təsbit olunmuş suverenlik prinsipləri prokurorluğun fəaliyyətinin əsasını təşkil edir. O, dövlət başçısı İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyevanın davamlı diqqət və qayğısı nəticəsində suveren ölkəmizin bütün bölgələrində, xüsusilə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı abadlıq və quruculuq işlərinin həyata keçirildiyini, eləcə də Böyük Qayıdış strategiyasının uğurla icra olunduğunu vurğulayıb.

Seminar zamanı milli suverenliyin və hüquqi təminatların qorunmasında prokurorluğun rolu geniş müzakirə olunub. İştirakçılar prokurorluğun bu sahədə üzərinə düşən vəzifələri və həyata keçirilən tədbirləri ətraflı təhlil ediblər.

Tədbirdə hüquqi dövlətin möhkəmləndirilməsi və vətəndaş hüquqlarının müdafiəsi ilə bağlı aktual məsələlər müzakirə olunub, çıxışçılar prokurorluğun qarşısında duran əsas vəzifələr barədə fikirlərini bölüşüblər.

Seminar interaktiv formatda davam edib, iştirakçılar hüquqi məsələlərə dair suallar verərək geniş cavablar alıblar.

FOTOLAR

“Milli Suverenlik və Hüquqi Təminatlar: Prokurorluğun Rolu” mövzusunda seminar keçirildi — 1
“Milli Suverenlik və Hüquqi Təminatlar: Prokurorluğun Rolu” mövzusunda seminar keçirildi — 2
“Milli Suverenlik və Hüquqi Təminatlar: Prokurorluğun Rolu” mövzusunda seminar keçirildi — 3
“Milli Suverenlik və Hüquqi Təminatlar: Prokurorluğun Rolu” mövzusunda seminar keçirildi — 4
“Milli Suverenlik və Hüquqi Təminatlar: Prokurorluğun Rolu” mövzusunda seminar keçirildi — 5
“Milli Suverenlik və Hüquqi Təminatlar: Prokurorluğun Rolu” mövzusunda seminar keçirildi — 6
“Milli Suverenlik və Hüquqi Təminatlar: Prokurorluğun Rolu” mövzusunda seminar keçirildi — 7
“Milli Suverenlik və Hüquqi Təminatlar: Prokurorluğun Rolu” mövzusunda seminar keçirildi — 8
XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər