Milli Məclisin qərarı yeni suallar yaratdı: Cəzalananları nə gözləyir?

Milli Məclisin qərarı yeni suallar yaratdı: Cəzalananları nə gözləyir?
10.07.2026 15:33 Cəmiyyət

Milli Məclisin Azərbaycan Respublikasının Cinayət Məcəlləsində xarici valyuta vəsaitlərinin xaricdən ölkəyə qaytarılmamasına görə nəzərdə tutulan cinayət məsuliyyətini ləğv etməsi iqtisadçı Natiq Cəfərli tərəfindən müsbət qiymətləndirilib.


TodayPress TV xəbər verir ki, bununla yanaşı, o, bu müddəanın tətbiqi nəticəsində zərər çəkmiş şəxslərin taleyi ilə bağlı sualların açıq qaldığını bildirib.

"Bu gün Milli Məclis doğru bir qərar verdi: Azərbaycan Respublikasının Cinayət Məcəlləsində xarici valyuta vəsaitlərini xaricdən qaytarmamaya görə nəzərdə tutulan sanksiyalar ləğv edilir. Bir neçə il əvvəl qəbul edilən qanuna əsasən, müəyyən edilmiş müddətdə xaricdə olan valyuta vəsaitlərini ölkəyə gətirməyən şəxslər üç ilədək azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilirdilər".

İqtisadçının sözlərinə görə, həmin dövrdə bu qanunun qəbuluna qarşı ciddi etirazlar səsləndirilib və onun hüquqi, iqtisadi baxımdan yanlış olduğu vurğulanıb:

"Bu qanun qəbul ediləndə ciddi etiraz etdik, yanlış, məntiqsiz olduğunu söylədik. Hətta vətəndaşın mülkiyyət hüququnun pozulması olduğunu dedik, iqtisadi fəaliyyətə böyük zərbə vuracağını bildirdik. Amma dinləmədilər. Qanunun tətbiq olunduğu müddətdə çoxsaylı insanlar inzibati və cinayət təqibinə məruz qalıb. Bu illər ərzində yüzlərlə vətəndaş cərimələndi, həbs edildi, məsuliyyətə cəlb olundu".

Natiq Cəfərli hesab edir ki, qanunun ləğvi gecikmiş olsa da, düzgün qərardır. Bununla belə, o, daha əvvəl bu norma əsasında cəzalandırılmış şəxslərin hüquqlarının necə bərpa ediləcəyinin də izah olunmalı olduğunu vurğulayıb.

İqtisadçı hesab edir ki, qanunvericilikdə edilən bu dəyişikliklə yanaşı, əvvəlki norma əsasında zərər çəkmiş şəxslərin hüquqi vəziyyətinə də yenidən baxılması vacibdir.

Türkan İsgəndərli

TodayPress TV

PHOTOS

Milli Məclisin qərarı yeni suallar yaratdı: Cəzalananları nə gözləyir? — 1
NEWS FEED
10 JULY 2026
Tramp əmr verdi: “Mənə nəsə olsa…” 20:01 Qarabağın keçmiş rəhbərləri özlərini təqsirli bilmədi - Məhkəmədə nə baş verdi? 19:50 ABŞ-İran danışıqlarının keçiriləcəyi ölkə MƏLUM OLDU 19:43 Bu ölkə nüvə silahının onlayn satışına qadağa qoydu 19:38 Qətərli vasitəçilər TƏCİLİ Tehrana yollandı 19:18 Ərdoğan NATO liderlərinə niyə tapança hədiyyə etdi? 19:12 Tramp: “İran bizdən xahiş etdi ki…” 19:05 Parlamentin növbədənkənar iclasında bu məsələlər müzakirə olunacaq - SİYAHI 18:47 Lyayen Ərdoğanın hədiyyəsini istifadəyə yararsız hala salacaq 18:39 Azərbaycanda gizlənən şəxslərin planı yarımçıq qaldı 18:33 Tramp daha bir türk ölkəsinə dəvət aldı 18:24 Mbappe Fransa millisindən danışdı: “Ən güclü komanda deyilik” 18:19 ABŞ İsrailə icazə vermir - Netanyahu kənarda qaldı 18:06 "Barselona" Alvares üçün 130 milyon avro təklif edəcək 17:51 Silah sənayesində dizayn inqilabı: KRISS Vector və onun unikal imkanları 17:49 "Müəllim dedi şikayətini geri götür, kömək edəcəm, sonra isə..." – UNEC tələbəsi imtahana buraxılmadı 17:35 Azərbaycan futbolunda 13 il sonra tarixi uğur təkrarlandı 17:30 Tramp çox çılğındır, o rəqiblərini dəli edir - Bolton sirri açdı, nə açdı... 17:08 Bakıda 6 marşrutun hərəkəti dəyişdi 17:12 20 ildən sonra Fələstinin taleyini dəyişdirəcək qərar açıqlandı 16:49 Bayraktarın Bakı ofisi - Böyük müzakirə doğurdu 16:43 "Bavi" tayfunu Çinə yaxınlaşır: "Narıncı" təhlükə xəbərdarlığı yeniləndi 16:42 "Volkswagen" modellərin yarısını ləğv edəcək 16:15 Almaniya Britaniya donanmasına milyonlar ayırdı - Nəyə hazırlaşırlar ? 16:12 Türkiyə NATO-nun yeni müdafiə bankına qoşulmur 16:04 All News