Mərzəndiyyə kəndində içməli su layihəsi həyata keçirildi

Mərzəndiyyə kəndində içməli su layihəsi həyata keçirildi
06.09.2025 14:20 Cəmiyyət

Şamaxı rayonunun Mərzəndiyyə kəndində içməli su layihəsinin birinci zonasının açılış mərasimi olub.

TodayPress TV xəbər verir ki, bu barədə ADSEA məlumat yayıb.

Mərasimdən əvvəl Şamaxı şəhərində bu münasibətlə tədbir keçirilib. Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, təşkilatların rəhbərləri və əməkdaşları, o cümlədən Agentliyin və Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı bildirilib ki, Mərzəndiyyə kənd sakinləri bu günü səbirsizliklə gözləyirdilər. Artıq onlar keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunurlar. Qeyd olunub ki, bu layihə dövlət qurumları və təşkilatların birgə əməkdaşlığı ilə həyata keçirilir. Mərzəndiyyə kəndi 1350 nəfərlik əhalisi, 220 ev təsərrüfatı ilə Şamaxı rayonunun mühüm yaşayış məntəqələrindən biridir. Layihə iki zona üzrə planlaşdırılıb. Hazırda birinci zona üzrə işlər yekunlaşıb, ikinci zona üzrə isə icra davam edir. Layihənin əsas məqsədi kənddə yaşayan bütün ailələrin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunmasıdır.

Tədbirdən sonra qonaqlar Mərzəndiyyə kəndində içməli suyun açılış mərasimində iştirak ediblər. Kənd sakinləri bu işlərin görülməsində əməyi olan hər kəsə, təşkilatçılara, mühəndislərə, bu sahədə çalışan işçilərə və dəstək verən bütün qurumlara dərin təşəkkürünü bildiriblər.

Qeyd edək ki, layihə zamanı su buraxıcılar, hava buraxıcı qurğular, müxtəlif ölçülü siyirtmələr və digər zəruri avadanlıqlar quraşdırılıb, 110 evə su verilib və sayğaclaşdırma prosesi mərhələli şəkildə aparılır. Hazırda layihənin icrası davam edir və çox yaxın zamanda 220 evin hər birinə fərdi su çıxışı veriləcək. Layihə çərçivəsində Pirsaat çayı üzərində yerləşən Nəsimi Nasos Stansiyasından 100 m³/saat məhsuldarlığa və 45 kVt gücə malik nasos aqreqatı vasitəsilə 5628 metr uzunluğunda, diametri 110 mm olan polietilen borularla su xətti çəkilib. Onun 1400 metri Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən inşa olunub. Kəndin yuxarı hissəsində 63 kub metr həcmində su çəni quraşdırılıb. Ümumilikdə isə 6900 metr uzunluğunda müxtəlif diametrli yeni su şəbəkəsi qurulub.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Bütün Xəbərlər