Məhərrəm ayının tarixləri ilə bağlı ziddiyyət: Hansı doğrudur?

Məhərrəm ayının tarixləri ilə bağlı ziddiyyət: Hansı doğrudur?
02.04.2026 12:35 Cəmiyyət

Məhərrəm ayı iyun ayının 16-sı daxil olacaq, 14 iyulda bitəcək. 

Bu barədə TodayPress TV-yə ilahiyyatçı-alim, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətlisi Samid Quliyev məlumat verib.


Onun sözlərinə görə, 15 iyulda Səfər ayı daxil olacaq, avqust ayının 3-də İmam Hüseynin (ə) 40-cı günü – Ərbəin mərasimi qeyd olunacaq. 13 avqust tarixində Səfər ayı bitəcək.

"Bu aylar özündə böyük mənəvi dəyərləri, şəhidlik fəlsəfəsini və vətənə bağlılığı ehtiva edir. Kərbəla hadisəsi bizə haqq uğrunda mübarizənin, zülmə boyun əyməməyin və ədalət yolunda canından keçməyin ən ali nümunəsini göstərir. 

Şəhidlik anlayışı insanın ən uca zirvəsidir. Vətən, haqq və ədalət naminə canını fəda edənlərin yolu heç vaxt unudulmur. Bu baxımdan, Məhərrəm və Səfər ayları bizə vətənpərvərlik ruhunu daha da dərindən anlamağı, birlik və həmrəylik içində olmağı aşılayır".

İlahiyyatçı əlavə edib ki, bu müqəddəs günlər insanları düşünməyə vadar edir: 

"Sual yaranır, biz hansı dəyərlər uğrunda yaşayırıq və lazım gəldikdə nələri qoruya bilərik? İmam Hüseynin (ə) yolu bizə öyrədir ki, haqqın yanında olmaq üçün say çoxluğu deyil, iman və iradə əsasdır. Qoy bu aylar qəlbimizdə mərhəmət, ədalət və vətən sevgisini daha da gücləndirsin, bizi daha düzgün, daha vicdanlı və daha məsuliyyətli insan olmağa sövq etsin".

Qeyd edək ki, mediada Məhərrəmlik ayının iyunun 16-da başlayıb, iyulun 15-də başa çatacağı ilə bağlı informasiya yayılıb.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 All News