“Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirildi

“Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirildi
24.01.2026 16:44 Cəmiyyət

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda təlimlərin növbəti mərhələsi təşkil olunub.

TodayPress TV xəbər verir ki, təlimin üçüncü günündə ustad dərslərini Əməkdar jurnalist, AzTV-nin “Analitik qrupu”nun rəhbəri Faiq Hüsiyev, Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan dilçiliyi kafedrasının dosenti Fikrət Şiriyev, BDU-nun Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, dosent Xatirə Hüseynova keçib.

Faiq Hüsiyev təlimdə “Müasir televiziyada yeni trendlər” mövzusunda çıxış edib. O, jurnalistikanın bugünkü çağırışlarından, televiziya sahəsində baş verən dəyişikliklərdən və analitik verilişlərin efirlərdə artan rolundan danışıb.

Eyni zamanda, “ümumi türk dili” adı altında bəzi sözlərin dilimizə daxil edilməsinin düzgün olmadığını, Azərbaycan dilinin saflığının, televiziya dilinin təmizliyinin qorunmasının vacibliyini vurğulayıb. Çıxış zamanı Faiq Hüsiyev hər bir dövrün əsas tələbinin yeniliklərə uyğunlaşmaq olduğunu, süni intellektin isə yaxın gələcəkdə media sahəsində ciddi rəqibə çevriləcəyini diqqətə çatdırıb.

BDU-nun Azərbaycan dilçiliyi kafedrasının dosenti Fikrət Şiriyev isə “Media dili: səhvlər, vərdişlər və məsuliyyət” mövzusunda çıxış edib.

Təlimdə dilin inkişafı, xüsusilə terminlər, beynəlxalq sözlər mövzusunda geniş müzakirələr aparılıb. Fikrət Şiriyev qeyd edib ki, dillərin inkişafı çox vaxt başqa dillərdən alınan sözlərlə bağlıdır. Məsələn, Azərbaycan dilində alınma sözlərin payı 60 faizə qədərdir. Son 30 ildə isə xüsusilə Avropa dillərindən çox sayda söz qəbul edilib.

Dosent, həmçinin dilin inkişafına təsir edən digər faktorları da qeyd edərək, latın dilinin dünyada əsas elmi, dini və hüquqi dil kimi geniş yayıldığını vurğulayıb. O, alınma sözlərin ana dilinə mənfi təsir etməsi ilə bağlı yanlış fikirlərin mövcud olduğunu da bildirib.

BDU-nun Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, dosent Xatirə Hüseynova “Televiziya, radio və ictimai çıxışlarda yol verilən tipik səhvlər – savadlı şifahi nitq: tələffüz, intonasiya və vurğu məsələləri” mövzusunda çıxış edib.

Təlimdə televiziya, radio və ictimai çıxışlarda rast gəlinən nitq səhvlərinə dair geniş müzakirələr aparılıb. Xatirə Hüseynova nitqin yalnız filologiya sahəsi olmadığını və onun öyrənilməsinin iki əsas sahəyə – danışıq texnikası və dil təmizliyinə bölündüyünü qeyd edib. O, həmçinin nitq və dil arasındakı fərqləri izah edərək, düzgün nitqin xüsusiyyətlərini və gözəlləşdirilmə üsullarını diqqətə çatdırıb.

Xatirə Hüseynova düzgün nəfəs almağın və nəfəs vermənin vacibliyi, dialektlərin tələffüzdə istifadəsinin qəbuledilməz olması ilə bağlı mövzuya da toxunub. Xüsusilə televiziya jurnalistikasında dialektlərin istifadəsinin yanlış olduğunu, yalnız bəzən müsahibənin dilində bu cür ifadələrin rəng qatmaq məqsədilə yer ala biləcəyini bildirib.

Qeyd edək ki, keçirilən bu təlimlərin əsas məqsədi media mühitində Azərbaycan dilinin düzgün, səlis və ədəbi norma çərçivəsində istifadəsinin təşviq olunmasıdır.

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 All News