MEDİA Milli Mətbuat Günü münasibətilə tədbir təşkil etdi

MEDİA Milli Mətbuat Günü münasibətilə tədbir təşkil etdi
22.07.2026 19:20 Cəmiyyət

22 iyul tarixində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib.

TodayPress TV xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, ardınca isə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri, AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov Azərbaycan milli mətbuatının 151 illik inkişaf yolunun ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynadığını bildirib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi media siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, medianın müstəqilliyinin gücləndirilməsi, peşəkar jurnalistikanın inkişafı və informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Vurğulanıb ki, milli mətbuatın zəngin ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsi qarşıda duran əsas vəzifələrdəndir.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, “İki sahil”qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan mediasının əsas vəzifəsi həqiqətə söykənən ictimai fikrin formalaşdırılması və ölkə reallıqlarının dünya ictimaiyyətinə düzgün çatdırılmasıdır. O qeyd edib ki, Azərbaycan mediası müasir çağırışlara adekvat cavab verir, IV Şuşa Qlobal Media Forumu isə medianın beynəlxalq informasiya məkanındakı rolunu bir daha nümayiş etdirib Deputat vurğulayıb ki, operativliklə yanaşı, etimadın qorunması və media savadlılığının artırılması xüsusi əhəmiyyət daşıyır. Vüqar Rəhimzadə əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə media sahəsində mühüm islahatlar həyata keçirilib, MEDİA-nın fəaliyyəti və "Media haqqında" Qanun peşəkar jurnalistikanın inkişafına mühüm töhfə verir.

Sonda deputat Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edərək onlara uğurlar arzulayıb.

Azərbaycan Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova çıxışında müasir media mühitində etik jurnalistika prinsiplərinin, peşəkar həmrəyliyin və media subyektləri arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, etibarlı informasiya mühitinin formalaşdırılması və cəmiyyətin düzgün məlumatlandırılması istiqamətində media nümayəndələrinin üzərinə mühüm vəzifələr düşür.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Rafiq Həşimov çıxışında Azərbaycan milli mətbuatının ayrılmaz tərkib hissəsi olan televiziya və radionun cəmiyyətin maarifləndirilməsində, milli-mənəvi dəyərlərin təbliğində və mədəni irsin gələcək nəsillərə çatdırılmasında mühüm rol oynadığını qeyd edib. O bildirib ki, sürətlə dəyişən informasiya mühitində medianın üzərinə düşən məsuliyyət daha da artır, peşəkarlıq, operativlik və ictimai etimad isə bu sahənin əsas prinsipləri olaraq qalır.

Daha sonra Azərbaycan milli mətbuatının keçdiyi inkişaf yolunu əks etdirən videoçarx nümayiş olunub.

Tədbir bədii hissə ilə davam edib.

NEWS FEED
22 JULY 2026
Trampın elçiləri Zelenski ilə görüşdü - TƏCİLİ 21:05 İşğaldan azad olunmuş ərazidə yanğın davam edir - VİDEO 19:07 Epşteynin ehtimal olunan şəriki ölü tapıldı 20:38 Rusiyanın zərbələri Ukraynanın dəniz ticarətinə daha bir zərbə vurdu 20:26 Məxfi məlumatlarla bağlı saziş imzalandı 20:06 “İnstagram” çökdü 19:53 Krasnodar sakinlərinə TƏCİLİ xəbərdarlıq: “Evdən çıxmayın!” 19:48 Tramp: “Bunu heç kim istəmir” 19:39 MEDİA Milli Mətbuat Günü münasibətilə tədbir təşkil etdi 19:15 İsrail naziri: “Türkiyə ilə müharibə sabah başlaya bilər” 19:01 Paşinyandan Almaniya kanslerinə təcili zəng - Nə danışıldı? 18:52 ABŞ-dən sonra növbəti xəbərdarlıq İrandan gəldi 18:37 Tanınmış universitetlə bağlı mənfi qərar verildi 18:30 Trampdan İrana son xəbərdarlıq: “Əgər bu addım atılsa, Tehran vurulacaq! 18:15 Sahibkarlar üçün yeni imkan - QƏRAR VERİLDİ 18:10 Maaş əlavəsi ilə bağlı mühüm qərar: Kimlərə şamil olunur? 18:05 Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan ekstradisiya olundu 17:37 Dələduzluq edən şəxs bu ölkədən ekstradisiya edildi 17:25 İran itkilərini yenilədi- 53 nəfər... 17:32 Rezidenturaya qəbul omlag istəyənlər DİQQƏT! Qeydiyyat başlandı 16:46 “Neftçi” Çempionlar Liqasına qələbə ilə başladı 16:21 Qaynar xəttimizə müraciət etdilər: “Jetex.az” vətəndaşları aldadır? — İDDİA 16:55 Peskov Rusiya və Almaniya nümayəndələrinin Bakıdakı görüşündən danışdı 16:14 Milli Mətbuat Günü ilə əlaqədar Fəxri xiyaban ziyarət edildi - FOTO 16:34 “Bütün dünya üçün fəlakət olar!" – ABŞ-dən gözlənilməz ETİRAF 15:33 All News