Mədəniyyət Nazirinin keçmiş müşavirinə AQC-də yeni vəzifə verildi

Mədəniyyət Nazirinin keçmiş müşavirinə AQC-də yeni vəzifə verildi
12.11.2025 17:16 Cəmiyyət

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) Hüquq Departamentinə yeni rəhbər təyin edilib. Bu barədə AQC sədri Vüqar Oruc müvafiq əmr imzalayıb. Departamentin rəhbəri vəzifəsinə Fuad Xəzani oğlu Məmmədov gətirilib.

Bu barədə TodayPress TV-yə AQC İctimaiyyətlə Əlaqələr Departamentindən məlumat verilib.

Fuad Məmmədov 1985-ci ildə Bakı şəhərində anadan olub. O, təhsilini Milli Aviasiya Akademiyasının Beynəlxalq Hüquq ixtisası üzrə tamamlayıb və müxtəlif dövlət qurumlarında və özəl sektorda çalışıb. Fuad Məmmədov, müxtəlif illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində və Mədəniyyət Nazirliyində(nazirin müşaviri) yüksək vəzifələrdə çalışıb. Son olaraq, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin yanında Dövlət Xidmətində Hüquq, İnsan Resursları və sənədlərlə iş şöbəsinin müdiri vəzifəsini daşıyıb.

Qeyd edək ki, AQC-nin Hüquq Departamenti qiymətləndiricilərin və vətəndaşların hüquqlarının qorunmasına, hüquqi məsələlərdə düzgün qərarların qəbul edilməsinə və müvafiq qanunvericiliyə uyğun fəaliyyət göstərilməsinə cavabdehdir. Departamentin əsas vəzifələri arasında qiymətləndiricilərin peşəkar fəaliyyətində qarşılaşdıqları hüquqi problemlərin həlli, müraciətlərin araşdırılması, hüquqi yardımın göstərilməsi və bu sahədə hüquqi maarifləndirmənin aparılması yer alır. Departamentin məqsədi qiymətləndirmə sahəsində hüquqi mühiti daha şəffaf və hüquq qaydalarına uyğun hala gətirməkdir.

NEWS FEED
01 AUGUST 2026
Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 All News