Leyla Əliyeva Tiranada uşaq evini və xəstəxananı ziyarət etdi

Leyla Əliyeva Tiranada uşaq evini və xəstəxananı ziyarət etdi
19.02.2026 11:57 Cəmiyyət

Leyla Əliyeva Tiranada fəaliyyət göstərən “Hannah və Rosafa” uşaq evini ziyarət edib.

TodayPress TV xəbər verir ki, uşaq evi valideyn himayəsindən məhrum olan və ya sosial təhlükə mühitində yaşayan azyaşlılar üçün nəzərdə tutulmuş dövlət müəssisəsidir.

Qeyd olunub ki, qurumun fəaliyyəti xüsusilə 0-6 yaşarası uşaqların mühafizəsi, tərbiyəsi və onlara hərtərəfli qayğının göstərilməsi istiqamətinə yönəlib.

Bildirilib ki, müəssisədə uşaqlar erkən inkişaf dövründə ehtiyac duyduqları psixoloji dəstək, tibbi xidmət və mənəvi qayğı ilə əhatə olunur.

Sonra Leyla Əliyeva "Mother Teresa" Universitet Xəstəxana Mərkəzi ilə tanış olub.

Diqqətə çatdırılıb ki, Mərkəz bütün Albaniyada, o cümlədən Tiranada əsas dövlət universitet xəstəxanasıdır. Burada xəstələrə ixtisaslı kadrlar tərəfindən ən qabaqcıl texnologiyalardan istifadə olunmaqla yüksəksəviyyəli tibbi xidmətlər göstərilir.

Qeyd olunub ki, ölkənin əsas onkoloji xidməti burada cəmlənərək, xəstələrə şüa, kimyaterapiya və mürəkkəb cərrahi müalicə imkanları təqdim edilir.

Mərkəzdə hər bir uşağın sağlamlığına həssaslıqla yanaşılır, onların müalicə prosesi şəfqətli yanaşma və rəngarəng mühitlə dəstəklənir.

TodayPress TV 

PHOTOS

Leyla Əliyeva Tiranada uşaq evini və xəstəxananı ziyarət etdi — 1
Leyla Əliyeva Tiranada uşaq evini və xəstəxananı ziyarət etdi — 2
Leyla Əliyeva Tiranada uşaq evini və xəstəxananı ziyarət etdi — 3
Leyla Əliyeva Tiranada uşaq evini və xəstəxananı ziyarət etdi — 4
NEWS FEED
01 AUGUST 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 All News