Kür çayında sintetik torlardan qanunsuz istifadə aşkarlandı

Kür çayında sintetik torlardan qanunsuz istifadə aşkarlandı
01.08.2025 13:26 Cəmiyyət

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti Kür çayının Şirvan şəhəri və Sabirabad rayonu ərazisindən keçən hissəsində növbəti reyd keçirib.

TodayPress TV ADSEA-ya istinadən xəbər verir ki, reyd zamanı mülki dövriyyəsi qanunla qadağan olunmuş sintetik torlardan və digər balıq ovu vasitələrindən istifadə halları aşkarlanıb.

Eyni zamanda, su obyektlərinin çirkləndirilməsi faktlarına da rast gəlinib.

Nəticədə müxtəlif ölçülərdə və ümumi uzunluğu 300 metrdən artıq olan sintetik torlar, eləcə də çoxlu sayda vintil (balıq tutma vasitəsi) su hövzəsindən çıxarılıb və qanunvericiliyə uyğun olaraq zərərsizləşdirilməsi istiqamətində tədbirlər görülüb.

Agentliyin məlumatında qeyd edilir ki, mövcud qanunvericiliyə əsasən, su obyektlərinə istehsalat, təsərrüfat və məişət tullantılarının axıdılması, eləcə də suyun çirklənməsinə səbəb olan digər fəaliyyətlər qadağandır.

“Təəssüf ki, sintetik torların istifadəsi qanunla qadağan edilməsinə baxmayaraq, bəzi şəxslər bu vasitələrdən istifadə etməyə davam edirlər. Bu, su obyektlərinin çirklənməsinə, təbii axım rejiminin pozulmasına və bioloji müxtəlifliyin azalmasına səbəb olur”, - deyə məlumatda bildirilir.

Bundan əlavə, sintetik torlardan istifadənin balıq ehtiyatlarının kütləvi məhvinə və uzunmüddətli ekoloji zərərlərə yol açdığı, suyun axımının dəyişməsi ilə durğun zonaların və çöküntülərin yaranmasına, dib faunasının məhvinə səbəb olduğu qeyd olunub. Torların suvarma sistemlərində boruları və kanalları tıxaması isə hidrotexniki qurğuların fəaliyyətinə mənfi təsir göstərir.

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti bu kimi halların qarşısının alınması məqsədilə mütəmadi nəzarət tədbirlərinin davam etdiriləcəyini bəyan edib və vətəndaşlara çağırış edərək, su obyektlərinin çirkləndirilməsi halları ilə rastlaşdıqda qurumun sosial media hesabları vasitəsilə məlumat vermələrini xahiş edib.

FOTOLAR

Kür çayında sintetik torlardan qanunsuz istifadə aşkarlandı — 1
Kür çayında sintetik torlardan qanunsuz istifadə aşkarlandı — 2
XƏBƏR LENTİ
01 AVQUST 2026
9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Bütün Xəbərlər