Kredit götürməyin arxasında psixoloji amillər dayanır - Detallar

Kredit götürməyin arxasında psixoloji amillər dayanır - Detallar
14.10.2025 16:00 Cəmiyyət

"İnsanların kredit götürmək davranışı təkcə maddi ehtiyacla bağlı deyil, onun arxasında psixoloji ehtiyaclar və dərin qorxular dayanır". 

Bu fikirləri psixoloq Zeynəb Əyyubova TodayPress TV-yə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, insan üçün əsas psixoloji ehtiyaclardan biri təhlükəsizlik hissidir. Maddi çatışmazlıq bu hissi zəiflədir və insan özünü nəzarətsiz hiss edir, gələcəyindən narahat olur:

"Kredit bu anda müvəqqəti nəzarət bərpası rolunu oynayır. İnsan düşünür ki, ən azı indi vəziyyəti idarə edirəm. Bu, real həll olmasa da, emosional rahatlama effekti yaradır”.

Psixoloq əlavə edib ki, bəzən kredit yalnız ehtiyac üçün deyil, sosial gözləntilərə cavab vermək məqsədilə götürülür:

"İnsan ətrafında hamı nəsə alır, yeniləyir deyə düşünür və geridə qalmaqdan qorxur. Bu halda  isə kredit bir növ özünüqiymətləndirmə vasitəsinə çevrilir, "mən də bacardım, mən də digərləri kimiyəm" düşüncəsi yaranır. Bəzi insanlar kreditə ümidsizliyə qarşı psixoloji müqavimət kimi yanaşır. İnsan gələcəyə inamını itirəndə bu günü "xilas etməyə" çalışır. Beləliklə, kredit həm də ümid qorxusunu yatıran mexanizmə çevrilir".

Zeynəb Əyyubova, həmçinin vurğulayıb ki, kreditlə alış-veriş zamanı beyində dopamin (xoşbəxtlik hormonu) ani yüksəlmə yaradır. Bu, qısa müddətli məmnunluq hissi versə də, sonradan günahkarlıq və narahatlıq duyğuları ilə əvəz olunur. Bu davranış psixoloji asılılıq döngəsi yarada bilər.

Psixoloq qeyd edib ki, bəzi cəmiyyətlərdə “borc normaldır” düşüncəsi formalaşıb. Bu halda kredit götürmək qorxulu deyil, hətta həyatın bir hissəsi kimi qəbul edilir. Lakin bu, insanın real ehtiyac və istəkləri ayırd etmə bacarığını zəiflədir.

"Kredit bəzən zəruri maliyyə qərarıdır, amma çox hallarda bu davranışın kökündə təhlükəsizlik, qəbul olunma və nəzarət ehtiyacı, eləcə də gələcək qorxusu dayanır. Psixoloq kimi biz insanlara yalnız pul idarəçiliyi deyil, həm də emosiya idarəçiliyi bacarığını öyrətməliyik. Çünki çox vaxt kredit maliyyə problemi deyil, emosional çatışmazlığın kompensasiyası olur", - deyə mütəxəssis bildirib.

Qeyd edək ki, bir çox insanın maaşı öz ehtiyaclarını qarşılamadığı üçün, bəziləri isə mənasız və ya zəruri olmayan xərclər üçün belə kredit götürməyə meyl göstərirlər. Halbuki həmin vəsait daha önəmli məqsədlər üçün dəyərləndirilə bilər. 

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Kredit götürməyin arxasında psixoloji amillər dayanır - Detallar — 1
XƏBƏR LENTİ
15 IYUN 2026
Geyci Topuriyanı məğlub etdi -VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 Bütün Xəbərlər