Kəndimizdə məhsul yerlə birdir, meyvə qurusunu isə xaricdən daşıyırıq...

Kəndimizdə məhsul yerlə birdir, meyvə qurusunu isə xaricdən daşıyırıq...
21.07.2026 17:40 Cəmiyyət

Azərbaycanda yay mövsümündə müxtəlif növ meyvələr bol yetişdirilsə də, mağazalarda satılan quru meyvələrin böyük hissəsi İran, Türkiyə, Özbəkistan və digər ölkələrdən idxal olunur. Bəs ölkədə kifayət qədər meyvə istehsal edildiyi halda, niyə yerli quru meyvə istehsalı daxili tələbatı tam ödəmir?

TodayPress TV xəbər verir ki, mövzu ilə bağlı BakuPost”a danışan kənd təsərrüfatı eksperti Akif Nəsirli bildirib ki, problemin əsas səbəbi meyvə çatışmazlığı deyil, emal sənayesinin imkanlarının məhdud olmasıdır.

Onun sözlərinə görə, Azərbaycanda meyvə istehsalı kifayət qədər olsa da, məhsulun əhəmiyyətli hissəsi təzə halda satışa çıxarılır və ya ixrac edilir. Mövcud emal müəssisələrinin imkanları isə bütün məhsulu qəbul edəcək səviyyədə deyil:

“Əsas problemlərdən biri müasir emal və qurutma müəssisələrinin sayının məhdud olmasıdır. Bir çox kiçik fermerin məhsulunu sənaye üsulu ilə qurutmaq imkanı yoxdur. Bundan başqa, müasir qurutma texnologiyaları, qablaşdırma, saxlanma və keyfiyyət standartlarının tətbiqi əlavə investisiya tələb edir. Kiçik təsərrüfatlar isə bu investisiyaları etməkdə çətinlik çəkirlər”, - deyə ekspert qeyd edib.

Akif Nəsirli bildirib ki, bazara çıxış imkanlarının məhdudluğu da əsas problemlərdəndir. Onun sözlərinə görə, fermerlər emal müəssisələri və ticarət şəbəkələri ilə davamlı əməkdaşlıq qura bilmədikdə məhsulun bir hissəsi satılmadan qalır və ya çox aşağı qiymətə realizə edilir. Kooperasiyanın zəif olması isə kiçik istehsalçıların bazarda rəqabət qabiliyyətini azaldır.

Ekspert qeyd edib ki, idxal olunan quru meyvələrin bazarda üstünlük qazanmasının əsas səbəblərindən biri həmin ölkələrdə istehsalın iri həcmdə və aşağı maya dəyəri ilə həyata keçirilməsidir.

Onun fikrincə, yerli quru meyvə istehsalını artırmaq üçün emal müəssisələrinin sayının artırılması, müasir qurutma texnologiyalarına investisiyaların təşviq edilməsi, fermer kooperativlərinin inkişafı və istehsalçılarla emal müəssisələri arasında uzunmüddətli əməkdaşlığın qurulması vacibdir.

Akif Nəsirli hesab edir ki, bu addımlar məhsul itkilərinin azalmasına, fermerlərin gəlirlərinin artmasına, emal sənayesinin inkişafına, idxaldan asılılığın azalmasına, ixrac potensialının genişlənməsinə və yeni iş yerlərinin yaradılmasına müsbət təsir göstərər.

NEWS FEED
21 JULY 2026
Zelenski Ukrayna Silahlı Qüvvələrinə yeni baş komandan təyin etdi 23:45 “Heç kimin təsəvvür edə bilməyəcəyi qədər zəiflədilər” - Tramp 23:33 Ukrayna ordusunda nə baş verir? - Sırski vəzifədən getdi 23:14 Fransada uşaqlara “komendant saatı” tətbiq ediləcək 22:55 TƏCİLİ: ABŞ bombardmançı təyyarələri havaya qalxdı 22:51 Zelenski Fedorovla görüşdü - Rəsmi Kiyev detalları açıqlamır 22:33 “İndi geri çəkilsək, İran 25 ilə…” - Tramp 21:45 Çempionlar Liqası: "Sabah" "KuPS"a qalib gəldi - YENİLƏNDİ 20:02 Prezident və Fridrix Merts mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNDİ 15:55 Həyəcan siqnalı: ABŞ bazası tam döyüş hazırlığına gətirildi - VİDEO 21:57 İranın Bəhreynə dron hücumları davam edir - VİDEO 21:52 Kəlbəcərdə partlayışda yaralanan şəxslə bağlı yeni məlumat 14:53 İsrail geri çəkiləcək, Suriya hərəkətə keçəcək - Trampdan YENİ PLAN 21:33 Zelenskinin “həlledici” görüşlərində nə qərarlar verildi? 21:21 Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya 21:15 İlham Əliyev Almaniyada xatirə kitabına nə yazdı? - FOTO 21:06 Prezident ilə Fridrix Mertsin geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ 15:47 Ukrayna Qərb silahlarını artıq özü istehsal edəcək 20:50 Gəncə və Samuxda baş verən kütləvi zəhərlənmələrin səbəbi bu imiş 20:39 Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı klinikadan açıqlama 20:28 “Kanada bizsiz yaşaya bilməz” - Tramp 20:14 “İran üçün hər cür imkan yaradıldı” - Heqset 19:58 Ağ Evdə kritik görüş: Tramp Livanlı həmkarı ilə 19:46 İlham Əliyev Almaniyadan yeni görüntülər paylaşdı - VİDEO 19:36 Minlərlə insan sudan zəhərləndi, rəhbərlər həbs olundu 19:30 All News